2
Nominal üzrə kredit pulların azad şəkildə qızıl sikkələrə dəyişdirilməsi
3. qızıl
pulların dövriyyədə olması və dövlət
zərbxanalarında qeyri məhdud miqdarda qızıl zərb edilə bilməsi
4.
Qızılın idxal və ixracına
məhdudiyyətlərin
qoyulmaması
5.
Daxili bazarda qızıl sikkələrlə yanaşı məcburi kursla dövlət kağız pullarının da dövriyyədə olması
Paris valyuta sistemi özündə bir sıra üstünlükləri və çatışmazlıqları birləşdirirdi. Bu günkü
nöqteyi-nəzərdən
qiymətləndirsək
onun ən böyük üstünlüyü valyuta kurslarının həm ölkə daxilində, həm də onun sərhədlərindən
kənarda sabit saxlanılmasının təmin edilə bilməsi idi. Qızılın
qlobal hərəkəti dünya ticarətinin tərəqqisi və
artımına təkan verirdi. Paris valyuta sisteminin əsas çatışmazlığı o idi ki, dövriyyədəki pulun miqdarı qızıl
hasilatına bağlı idi. Yeni qızıl yataqları kəşf olunub istismar olunmağa başlandığında qızıl hasilatının artımına bağlı
olaraq pul kütləsi artır, bu da bərabərində infilyasiyanı artırırdı. Bu sistemdə ödəniş vasitəsi kimi qızıl pullar
istifadə edilirdi. Çünki bu zaman qızıl dünya pulu funksiyansını icra edirdi. Həm milli, həm beynəlxalq valyuta
sistemləri eyni xarakterdə idi. Ödəmələr qızılın çəkisinə əsasən ödənilirdi. Burada qızıl ümumi ekvivalent
funksiyasını yerinə yetirirdi. Ölkələrin milli pul vahidlərinin dəyəri müəyyən miqdarda qızılla təyin olunurdu.
Banknotlar və sikkələr halında olan pul vahidləri isə qabaqcadan müəyyənləşdirilmiş məzənnə üzrə qızıla
dəyişdirilirdi. Paris valyuta sistemi 100 il qədər bir müddəti əhatə etmişdir və bu müddət özlüyündə
3
mərhələyə
ayrılmışdır.
Dostları ilə paylaş: |