О. Щ. Мирзяйев нефт-газ мядян аваданлыгларынын техники диагностикасы нын ясаслары bakı 012 Rəycilər


 Polad qazneft kəmərlərinin və armaturun



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə47/51
tarix25.12.2016
ölçüsü2,61 Mb.
#3052
1   ...   43   44   45   46   47   48   49   50   51
 
6.2. Polad qazneft kəmərlərinin və armaturun 
xətti hissəsinin diaqnozlaşdırılması 
 
  Mədən 
və  magistral  qazneft  kəmərlərinin 
layihələndirilməsinə,  hazırlanmasına,  montaj  edilməsinə 
və  istismarına,  dövriliyinə  və  onların  Ģəhadətinin  və 
texniki diaqnozlaĢdırmanın həcminə olan tələblər müxtəlif 
sahə və müəssisə (idarə) sənədlərində göstərilmiĢdir. 


 
148 
  Qazneft  kəmərləri  ardıcıl  birləĢdirilmiĢ  element-
lərin:  boruların,  boru  detallarının,  bağlayıcı-tənzimləyici 
armaturun,  nasos-kompressor  stansiyalarının  (NKS)  və  s. 
sistemindən ibarətdir. NKS-nin əsas elementləri ehtiyatına 
görə  qaz  kəmərinin  etibarlığı  NKS-nin  iĢgörmə 
qabiliyyətindən xətti hissənin vəziyyətinə nisbətən az asılı 
olur (1.4.-ə bax). 
  Qazneft  kəmərlərinin  xətti  hissəsinin  iĢgörmə 
qabiliyyətinin  pozulması,  həm  də  iĢlərin  aparılma 
texnologiyasının  pozulması  nəticəsində  baĢ  verə  bilir. 
Eyni  zamanda  istismar  dövründə  boru  kəmərinin 
elementlərində  qüsurların  yığılmasından  olur.  Xətti 
hissəsinin  iĢgörmə  qabiliyyətinin  pozulmasının  texnoloji 
səbəblərinə  hidrat  və  qaz  tıxacları,  boru  kəmərlərinin 
zibillənməsi  və  s.  aid  edilir.  Onlar  funksional  (operativ) 
diaqnozaĢdırma  üsulları  ilə  aĢkar  edilir  və  operativ 
xidməti Ģəxslər tərəfindən aradan qaldırılır. 
  Qazneftkəmərlərinin  istismarı  prosesində  yaranan 
imtinaların əsas növləri aĢağıdakılardır: 
-
 
metalın korroziyası,  
-
 
divarların  qaynaq  tikiĢlərindəki  və  əsas  metaldakı 
çatların eroziya yeyilməsi, 
-
 
izolyasiya 
örtüklərinin  müdafiə  xassələrinin 
pozulması,  
-
 
borukəmərinin  elementlərinin  fəza  vəziyyətinin 
dəyiĢməsi.  
Müxtəlif  qüsurların  münasibəti  əsasən  borukə-
mərinin  yerləĢməsinin  iqlim  rayonu  ilə,  onun  çəkildiyi 
zonada  torpağın  xassələrilə  (uçurumluq,  çökmə,  ĢiĢmə  və 
s.) və qrunt sularının yüksək səviyyəli sahələrin olması ilə 
təyin  edilir.  Belə  ki,  orta  zolaq  üçün  borukəmərində 
korroziyanın  inkiĢafı  ilə  imtinası  tipik  haldır.  Bəzi 


 
149 
bölgələrdə  istismar  edilən  borukəmərləri  üçün  boruların 
yorğunluqdan  dağılması  xarakterikdir  ki,  bu  da  mexaniki 
xassələrin dönməz dəyiĢməsi və qaynaq birləĢmələrinin və 
əsas  metalın  çatadavamlılıq  xarakteristikalarının  azalması 
ilə izah edilir. Yorğun çatlar bu zaman tsiklik temperatur 
gərginlikləri  və  iĢçi  təzyiqin  pulsasiyası  nəticəsində 
inkiĢaf  edir.  Bu  çatlar  qaynaq  tikiĢlərinin  texnoloji 
defektləri  zonasında  yaranır  (tikisin  kökü  tam  qaynaq 
edilmir, məsafələr, Ģlaklar və s. olurlar) və sonra boruların 
əsas  metalına  keçirlər.  Bununla  əlaqədar  olaraq  borukə-
mərlərinin  divarları  onların  elastiki  deformasiyası  nəticə-
sində  vurulan  məhsulun  böyük  miqdarda  enerjisini  topla-
yır,  yorğun  çatların  temperaturun  düĢməsi  Ģəraitlərində 
yaranması  böyük  uzunluqda  kvazikövrək  yaxud  kövrək 
dağılmalara gətirib çıxarır. 
  Hər  bir  qazneft  kəmərinə  texniki  sənədlərin  təhlili 
nəticələrinə  əsasən  diaqnozlaĢdırmanın  fərdi  proqramı 
iĢlənib hazırlanır ki, buna aĢağıdakılar daxil edilir: 

 
qazneftkəmərinin  xəritəsi-sxemi;  burada  potensial 
qorxulu  sahələr  və  ayrı-ayrı  elementlər  qeyd  edilir.  Belə 
ki,  onlar  konstruksiyasının  xüsusiyyətlərinə  görə  yaxud 
istismar  Ģəraitlərindən  ən  çox  zədələrin  və  imtinaların 
təzahür etməsinə məruz qalmıĢlar. 

 
tədqiqat  planı,  buna  diaqnozlaĢdırma  iĢlərinin 
aparılması  qaydaları  və  ardıcıllığı,  diaqnozlaĢdırma 
prosesində istifadə edilən üsullar və aparatlar daxil edilir; 

 
diaqnozlaĢdırmanın aparılması zamanı təhlükəsizlik 
tədbirləri; 

 
diaqnozlaĢdırmanın  nəticələrinin  iĢlənməsi  üsulları 
və onların təqdim edilməsi qaydası. 


 
150 
  Əlçatmaz  ərazilərdə  magistral  boru  kəmərlərinin 
vəziyyətinin  inteqral  qiymətləndirilməsinin  effektiv  üsulu 
trasların  infıraqırmızı,  rəngli,  çoxzonalı  aerokosmik 
çəkiliĢi və digər çəkiliĢ üsullarıdır. 
  Belə  çəkiliĢ  traslarda,  həm  də  rast  gələn  mühəndis 
qurğularında bu və  ya  digər geoloji və bioloji proseslərin 
vəziyyətini  və  inkiĢaf  dinamikasını  qiymətləndirməyə 
imkan  verir  (töküntü,  uçulma,  sulaĢma,  quruma  və  s.). 
Əlçatan yerlərdə qazneft kəmərlərinin diaqnozlaĢdırılması 
zamanı vizual və ölçmə nəzarəti vacibdir. Bu zaman səthi 
qüsurlarla  yanaĢı  xətti  hissənin  gərgin  vəziyyətini 
xarakterizə edən fəza yerdəyiĢmələrini də təyin edirlər. 
Yerüstü  qazneft  kəmərlərinin  xətti  hissəsinin  vəziy-
yətinə və  yerdəyiĢmələrinə nəzarətin təĢkili və aparılması 
üçün  planlı  və  yüksəklik  geodezik  tədqiqatını  yaratmaq 
lazımdır.  Əsaslandırmanın  iki  növü  mövcuddur:  dayaq 
geodezik  Ģəbəkə  və  iĢçi  əsaslandırma.  Dayaq  geodezik 
Ģəbəkənin  bəndləri  dayaq  reperlərilə  fəza  vəziyyətinin 
dəyiĢməzliyini  bərkidirlər  ki,  bu  da  obyektin  bütün 
istismar  dövründə  təmin  edilir.  Vertikal  yerdəyiĢmələri 
aĢırımın  ortasında  hərəkətsiz  reperlərdən  nivelirləmə  ilə 
təyin  edirlər  və  dayaqlarda  isə  düzxətli  və  kompensasiya 
edici sahələrdə müəyyən edirlər. 
  Borukəmərlərinin  horizontal  yerdəyiĢmələrini  adə-
tən  dayaqlara  nisbətən  risklər  üzrə  ölçürlər.  Yeraltı  və 
yerüstü  səpilmə  sahələrində  uzununa  və  eninə  yerdəyiĢ-
mələri trasın dönən künclərində və onlara bitiĢik düzxətli 
sahələrdə  ölçürlər.  Bu  məqsədlə  dönmə  bucaqlarında 
ölçülü aparatlar üçün Ģurflar düzəldirlər. 
  Fərdi  diaqnozlaĢdırma  proqramı  özünə  həm  də 
aĢağıdakıları  daxil  edə  bilər:  qazneftkəmərlərinin  xətti 
hissəsinin diaqnozlaĢdırmanın borudaxili cihazlarla (texni-


 
151 
ki-iqtisadi  məqsədəuyğunluğun  olması  zamanı)  tədqiqi; 
ayrı-ayrı  elementlərin  istilik  vizion  nəzarəti;  qazneft-
kəmərinin  potensial  qorxulu  sahələrinin  akustik-emission 
nəzarəti  (dəmir  və  avtomobil  yollarından  keçidlər, 
yarğanlar,  su  maniələri);    borukəmərlrinin  vibroqorxulu 
sahələrinin  vibrasiya  (titrəyiĢ)  parametrlərinin  cihaz 
nəzarəti  və  s.  böyük  uzunluqlu  magistral  qazneftkəməri 
üçün  diaqnozlaĢdırmanının  borudaxili  (inspeksiya)  təftiĢ 
cihazlarının  köməyilə  (BTC)  aparılması  ən  çox  texnoloji 
olur.  Borudaxili  diaqnozlaĢdırma  texnologiyası  normativ-
texniki 
sənədlərin  sırasında  reqlamentləĢdirilmiĢdir.
 
Borudaxili diaqnozlaĢdırma üzrə iĢlər özünə ümumi 
halda aĢağıdakıları daxil edir:  

 
profilölçənin  buraxılmasından  qabaq  borukə-
mərinin minimal keçid kəsiyinin təyini üçün ərsin-kalibrin 
buraxılması;  

 
deformasiya  etmiĢ  altlıq  həlqələrilə  profilölçənin 
iliĢməsinin  və  zədələnməsinin  qarĢısını  almaq  məqsədilə 
ilk təhqiqat sahələri üçün ülgü-profilölçənin buraxılması; 

 
defektoskopun  iliĢməsinin  və  zədələnməsinin 
qarĢısını almaq və əzintilərin dərinliklərinin təyin edilməsi 
məqsədilə  boru-kəmərinin  keçid  kəsiyinin  nəzarəti  üçün 
profilölçənin buraxılması;  

 
borukəmərinin  daxili  səthinin  parafin  çöküntü-
lərindən,  gil  tamponlarından  təmizlənməsi,  həm  də  kənar 
əĢyaların  xaric  edilməsi  üçün  təmizləyici  ərsinlərin 
buraxılması. 
 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin