О. Щ. Мирзяйев нефт-газ мядян аваданлыгларынын техники диагностикасы нын ясаслары bakı 012 Rəycilər


Şək. 4.1. Burulğanlı cərəyanla nəzarət  sxemi



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə7/51
tarix25.12.2016
ölçüsü2,61 Mb.
#3052
1   2   3   4   5   6   7   8   9   10   ...   51
Texniki  qulluq  (TQ)  periodik  və  mövsüm  qulluqlara 
ayrılır. Mövsüm TQ müxtəlif növ yağların (qıĢ və ya yay)  
əvəz olunması, qızdırıcıların qoĢulması və ya çıxarılması, 


 
17 
qızdırıcı cihazların iĢə qoĢulmadan əvvəlki isinməsi və s. 
aiddir. 
Periodik  TQ  uyğun  avadanlığın  istismarı  üzrə 
təlimatlarla  qaydaya  salınır  və  filtrlərin  periodik  olaraq 
yuyulmasını, Ģinli-pnevmatik muftaların əvəz olunmasını, 
əyləclərin tənzimlənməsini, ayrı-ayrı hissələrin baxıĢını və 
tənzimlənməsini və s. əhatə edir. 
Cari  təmir  uzunmüddətli  olmayıb,  çox  vaxt  TQ  ilə 
eyni  vaxtda  aparılır.  Onun  tərkibinə  kiçik  nasazlıqların 
aradan  qaldırılması,  tez  sıradan  çıxan  kiçik  detalların, 
düyünlərin    periodik  hissələrinin,  artmıĢ  aralıqların  əvəz 
olunması və s. daxildir. 
Orta təmir cari təmirdən fərqli olaraq əsas düyün və 
detalların  (məsələn,  güc  və  transmissiya  vallarının  diĢli 
diyircəklərinin,  mərkəzdənqaçma  nasoslarının  və  s.) 
əvəzlənməsini  nəzərdə  tutur  və  adətən  aqreqatın  qismən 
və ya bütöv ayrılması ilə yerinə yetirilir. 
Əsaslı (kapital) təmir - maĢının bütövlükdə hissələrə 
ayrılması  ilə  baĢ  verir  və  əsas  məqsədi  bütün  köhnəlmiĢ 
detal  və  düyünlərin  tamamilə  əvəz  olunması  və  ya 
bərpasından ibarətdir.  
Təmirin 
sonunda 
qəbuletmə-təhvil 
sınaqları 
həmçinin  yük  altında  da  aparılır.  Çox  vaxt  kapital  təmiri 
modernizasiya  ilə  uzlaĢdırılır  ki,  bu  da  həm  maĢının  tam 
resursunun  bərpasını,  həm  də    ilkin  göstərilənlərdən  də 
yüksək nəticələr əldə edilməsini təmin edir. 
Yuxarıda  göstərilənlərdən  baĢqa  plandan  kənar 
təmirlər  də  mümkündür  ki,  bunlar  da  vaxtından    əvvəl 
dağılmaya  məruz  qalan  avadanlığın  qəza  vəziyyəti  ilə 
bağlıdır  (məsələn,  daĢqın  və  sürüĢmə  hadisələri,  boru 
kəmərinin buzla və ya hidratlarla qapanması və s.). 


 
18 
Əsaslı  təmirlər  arasındakı  dövr  təmir  dövrü  adlanır. 
Bu  dövrə    daxil  olan  təmirlərin  və  baxıĢların  sayı  və 
ardıcıllığı  təmir  dövrünün  strukturunu,  təmirlərarası  vaxt 
isə  təmirlərarası  dövrü  müəyyən  edir.  Müəyyən  növ 
avadanlıq  üçün  təmir  tsiklinin  strukturu,  planlı  təmirlərin 
hər bir növün aid edilmir. Belə ki, qazıma avadanlığı üçün 
orta təmir aparılmır, təmir tsiklinin strukturu isə aĢağıdakı 
kimi  aparılır.  Məsələn,  qazıma  bucurqadı  üçün  (ağırlıq 
qaldıran    mexanizm)  K-9T-K, qazıma rotoru üçün  isə  K-
7T-K  Ģəklində  olur.  Harda  ki.  K-kapital  (əsaslı)  təmir,  T-
cari təmir, 9 və 7 – dövr  ərzində cari təmirlərin sayıdır. 
Təcrübədə  eyni  tipli  avadanlığın  ehtiyatını  istismar 
zamanı  daha  aĢağı  göstəricilərə  malik  «zəif»  nümunələr 
əsasında  təyin  edirlər.  Bu  səbəbdən  təmir  tsiklinin 
uzunluğu  və  onun  strukturu  əvvəlcədən  elə  müəyyən 
olunur ki, insan tələfatına və iqtisadi, ekoloji zərər çəkmə 
hallarına  gətirib  çıxaran  qəzanın  baĢ  verməsi  maksimum 
aĢağı endirilsin. Bu halda  hələ kifayət qədər saz olan  və 
texniki  cəhətdən  resursa  malik  olan  avadanlıqların  böyük 
bir  qismi  təmirə  çıxarılır.  Belə  təmirlərə  məruz  qalan 
avadanlıqlar  daha  aĢağı  etibarlığa  malik  olur  ki,  bu  da 
təmirdən  əvvəlki  defektlərin  yenidən  yaranmasına  və 
sürtülən hissələrin əlavə iĢlənməsinə gətirib çıxarır. 
Beləliklə,  planlı-xəbərdarlıqlı  təmir  sisteminin  əsas 
çatıĢmayan  cəhəti  texnoloji  avadanlığın  vaxtından  əvvəl 
təmiri ilə bağlıdır ki, bu  da böyük iqtisadi itkilərə gətirib 
çıxarır. 
Bundan  baĢqa,  bu  sistem  həm  də  avadanlığın  qəfil 
sıradan  çıxma  hallarını  aradan  götürmür.  Göstərilən 
çatıĢmamazlıqların 
aradan 
qaldırılması 
məqsədilə 
avadanlığın  texniki  vəziyyətinin  diaqnostikası  və 


 
19 
monitorinq  aparılmaqla  faktiki  texniki  hallara  əsaslanan 
təmir sisteminə keçid müəyyənləĢdirilir. 
Hal-hazırda  neft  və  qaz  sənayesində  diaqnostika    və 
monitorinq  sistemləri  ilə  təchiz  olunmuĢ  böyük  gücə 
malik bir çox aqreqat  və digər növ avadanlıqlar mövcud-
dur  ki,  bunlarda  baĢ  verən  qəza  halları  ağır  nəticələrə 
gətirib  çıxarır.  Bu  halda  hər  bir  avadanlığın  planlı  təmiri 
və digəri ilə əvəz olunması onun real texniki vəziyyəti ilə 
bağlı aparılır. 
 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin