Digər təşkilatlar :
- Birləşmiş Kəndlər Birliyi (United Villages) Wi-Fi şəbəkədən istifadə etməklə
Hindistanda internetə çıxışı təmin edir.
- nkişaf
üçün
nformasiya
,Dünya
bankı(The
Information
for
Development,World Bank);
- Rəqəmsal ttifaq Fondu(Digital alliance Foundation)
- Niderlandda Beynəlxalq Kommunikasiya və nkişaf nstitutu(The International
Institute for Communication and Development in the Netherlands);
- Aqrar Kooperasiya üçün Texniki mərkəz( The Technical Centre for
Agruculture and Rural Cooperation ACP-EU-(CTA));
- Mobil WWW Web consorsium maraqlar qrupu;
- Şri Lanka -nın informasiya və texnologiya agentliyi
- nkişaf fondları.
Ə
ksər mənbələrə əsasən,inkişaf etmiş ölkələr KT-nin inkişafı üçün yatırdığı
vəsaitlər hesabına informasiya erasından inanılmaz dərəcədə bəhrələnmək imkanını
qazanıblar. nkişaf etməkdə olan ölkələr isə sadəcə onların açdığı yolla getməyə
çalışırlar.Beləliklə, daha çox inkişaf etmiş ölkələr (əsasən Kanada,ABŞ,Yaponiya
,Cənubi Koreya,Qərbi Avropa ölkələrivə Avstraliya),inkişaf etməmiş və inkişaf
etməkdə olan ölkələr (əsasən bəzi Amerika,Afrika,Cənub –Şərqi Asiya ölkələri)
arasındakı iqtisadi bərabərsizliyin mövcud olmasının və artmasının əsas səbəbi kimi
25
məhz texnologiyaların qəbul edilməsi və istifadəsində olan fərqlər göstərilir.Bu
qlobal bölgü bəzən “Şimal” varlı ölkələr və“cənub” daha kasıb olan ölkələr arasında
Ş
imal-Cənub bölgüsü adlanır.Qlobal informasiya uçurumunun qarşısının alınması
prosesində bir sıra problemlər vardır.Bu problemlərin aradan qaldırılması bu prosesdə
ilk addım olmalıdır. nkişaf etməkdə olan ölkələrdə ən əsas problemlərin həlli
kompüterlərin alınması və istifadəsihesab olunur.Sonra digər şəbəkə qurğuları və
kommunikasiya texnologiyalarının istifadəsi prosesi nəzərdə tutulur.Bütün bu
texnologiyalara isə tez –tez xidmət edən təcrübəli mütəxəssislər tərəfindən lazımi
xidmət göstərilməlidir.Bütün bunlar da müəyyən həcmdə ödəniş tələb
edir. stifadəçilər internetdə gərəkli məlumatı tapmaq üçün əsaslı təlim
keçməlidirlər.Əgər məlumat istifadəçilərin ana dilində deyilsə,bu halda istifadəçilərə
ə
lavə olaraq həmin məlumatın geniş yayıldığı dilin əsasları tədris olunmalıdır.Bu
mənada ingilis dili əsas götürülür.Kompüterlər və internetə çıxış qlobal informasiya
uçurumunun bir hissəsidir.Əslində daşınan kommunikasiya texnologiyaları (misal
üçün mobil telefonlar ),rəqəmsal kameralar və digər sənaye texnologiyalarından
istifadə həmçinin bu problemlərə aiddir.Bu tip ölkələrin bir çoxunda korrupsiya hökm
sürdüyü üçün bu ölkələr üçün pul itkisi,puldan səmərəsiz istifadə çox xarakterik
haldır.Buna görə də bu ölkələrə pul yatırımları çox riskli olduğu üçün hər an
mümkün olmur.Hətta avadanlıq və proqram təminatı olduğu halda yeniliyin əhaliyə
çatdırılması da daha bir problemə çevrilir.
XXI əsrin əvvəllərində inkişaf etmiş ölkələrin uğurla bəhrələndiyi internet
xidmətləri inkişaf etməkdə olan ölkələrdə hələ də geniş şəkildə əldə oluna bilmir.Bu
xidmətlər aşağıdakılardan ibarətdir:
- Evdə və ya iş yerində fərdi kompüter ,ictimai kitabxanalarda və internet
kafelərdə ictimai terminal vəwifi şəbəkəsi vasitəsi ilə geniş yayılmış və əlverişli
qiymətlərlə internetə çıxış;
- Kredit kartları kimi effektiv elektron ödəmə vasitələri və inamlı çatdırılma
xidməti ilə təmin olunmuş Elektron kommersiya;
26
- Peyk və havadan çəkilmiş detallı foto şəkillərlə təsvir olunmuş və hər bir fərdi
küçənin ünvanını axtarmaq imkanı verən virtual xəritə;
- Hətta əsrlər əvvəl yazılmış qəzet və jurnal məqalələrini evi tərk etmədən
oxumaq imkanı yaradan Onlayn tədqiqat sistemi;
- GOOGLE Product Search kimi məhsulun ən əlverişli qiymətlərini tapmaq
imkanı və ya SHOP LOCAL kimi yaxınlıqda olan ən əlverişli satış məntəqələrini
tampaq imkanı yaradan onlayn xidmətlər;
- Müəyyən haqları (təhsil,üzvlük,əmək,xidmət və s.) vergi və cərimələri ödəmək
imkanı yaradan dövlət xidmətləri təqdim edən elektron xidmətlər.
Şə
rq ölkələrində terrorizm faktları, qeyri–sabit təhlükəsizlik şəraiti,iqtisadi
böhran və işsizlik erasında təbii ki, KT sərmayə yatırımı üçün o qədər də qənaətbəxş
sahə kimi görünmür.Bu Asiya və Sakit okean regionu daxilində Əfqanıstanda olan
müharibə nəticəsində bütün regionda siyasi sabitsizlik və yüksək riskdən doğan
xarici kapital qoyuluşun azalması və ABŞ-a ekportun azaldılması deməkdir,bu isə
regionda yerləşən bütün ölkələrin inkişaf etməkdə olan iqtisadiyyatı üçün kifayət
qədər böyük maneə yaradır.Burada iqtisadiyyat daha çox daxili bazarın mühafizəsinə
yönəlmişdir,bu isə öz növbəsində həddindən artıq idarə rejimi deməkdir.1999-cu ildə
Villiam Melodi qeyd etmişdir ki, Şərqi Asiya ölkələrinin hamısında Anglo –Sakson
telekommunikasiya reforması və bu sahəyə yatırılan sərmayələr regionu yaxın
gələcəkdə yeni informasiya bölgüsünə gətirib çıxaracaqdır.Bu regionda “ nternet
iqtisadiyyatına” və simsiz şəbəkəyə qoyulan investisiyaların telekommunikasiya
sənayesinin inkişafına və güclənməsinə səbəb olması müşahidə olunur.Cənub Şərqi
Asiya Millətlər cəmiyyətifərqli iqtisadi və siyası rejimlərə malik olmalarına
baxmayaraq 500 milyon əhalinin yaşadığı və ümumilikdə 700 milyard dollar
məbləğinə bərabər olan ÜDM -əmalik olan regiondur.Əgər bura Cənubi Koreya,Çin
və Yaponiyanı əlavə etsək,region dünya əhalisinin üçdə birini cəmləyən və700 trilyon
məbləğində ÜDM-yə malik olan ticarət blokuna çevrilər.Düzdür,yaxın gələcəkdə bu
27
hələ perspektiv olaraq qalır.Simsiz kommunikasiya vasitələri Asiya ölkələrini təbii
yanğın kimi zəbt etməkdədir,lakin aşağı gəlir səviyyəli ölkələr üçün bu çox baha başa
gəlir.Bu xidmətlər Yaponiya,Cənubi Koreya və onların qonşuları arasında regional
informasiya bərabərsizliyini daha da genişləndirir. Yaponiyada təqribən 9 milyona
yaxın nəfər DoCoMo və ya -mode mobil telefonlarından istifadə edir və bununla
NTT şirkətinə 25 % daha çox gəlir qazanır. Yaponiya,Cənubi Koreya və Tayvan
telefon istehsalçıları arasında rəqabət qiymətləri kifayət qədər aşağı endirmişdir.Çinin
də bu bazara daxil olmasını nəzərə alsaq,qiymətlərin geniş miqyaslı istehsalatla bağlı
olaraq daha da aşağı düşəcəyini gözləmək olar.2001 –ci ilin oktyabr ayında
Yaponiyada 3 G yəni 3-cü nəsil telefonları ictimaiyyətə təqdim olunmuşdu.Asiyada
telekommunikasiya texnologiyalarının yeni bir dövrə keçməsi,bu texnologiyaların
sürətlə yayılacığının gözlənilməsinə baxmayaraq,bunun həmçinin bir sıra
problemlərlə rastlaşacağı bildirilir.Hal-hazırda Asiya ölkələri geniş zolaqlı xətlərdən
istifadə lisenziyasının qiyməti,bu xidməti təchiz edən bütün şirkətlər üçün çox böyük
maliyyələşdirməproblemləri yaradır.Bununla bağlı Avropada keçirilən hərraclar
düzgün idarə olunmurlar və uğursuzluqla nəticələnmişlər, məhz bu səbəbdən lazımi
rəqabət və effektivlik əldə olunmamışdı.
3G-nin yaratdığı imkanlar, istifadəçilər üçün noutbukların da hər an yüksək
sürətli internet və telefonlarında belə internet vasitəsi ilə video faylları seyr etməyə
imkan verir.Yaponiyada -Mode telefonları kamerası vasitəsi ilə çəkilən şəkilləri
birbaşa elektron poçt vasitəsi ilə göndərmək imkanına malikdir. nternetə və geniş
zolaqlı internetə çıxışın statistik göstəriciləri regiondakı ölkələrin sənaye üzrə
inkişafının ən mühüm göstəricilərindəndir.
nformasiya uçurumunu araşdırarkən bir sıra aparıcı ölkələrin təcrübəsindən
istifadə edilməli,onların bu sahədə nə kimi tədbirlərə əl atdıqları və hansı nəticələri
ə
ldə etdikərinə baxılmalıdır.Belə ölkələrdən biri bu sahədə çox uğurlu nəticələr əldə
etmiş Yaponiyadır. Bu istiqamətdə Yaponiya höküməti tərəfindən bir sıra tədbirlər
həyata keçirilir.Bunlar ilk zamanlar əsasən məktəblilərin və ümumiyyətlə bütün təhsil
28
ocaqlarının kompüter avadanlıqları ilə təchiz edib onları internetə çıxış ilə təmin
etməkdən ibarət tədbirlər idi. Bunun nəticəsində Yaponiyada 2005- ci il üçün artıq
99.9 % məktəblərdə internetə çıxış mövcud idi və bunların 81.7% i yüksək sürətli
internet kategoriyasına aid idi(400 kbps və ondan çox).Yapon höküməti informasiya
cəmiyyəti yaratmaq məqsədi ilə 2001-ci ilin yanvar ayından başlayaraq Elektron-
Yaponiya Strategiyası həyata keçirməyə başladı.Bu strategiyaya görə Yaponiya
2005-ci ilə qədər dünyanın ən yüksək informasiya cəmiyyətinə malik olmalı
idi.Yüksək səviyyəli informasiya cəmiyyəti dedikdə isə yalnız tələb olunan
informasiya avadanlıqlarına malik olan cəmiyyət yox ,eyni zamanda elektron –
dövləti və idarəetmə strukturları,elektron kommersiyası və bu kimi digər xidmətləri
olan bir cəmiyyət olmalıdır.Bundan əlavə bu texnologiya və xidmətlərdən istifadə elə
asan olmalıdır ki, yaşından asılı olmayaraq hər bir vətəndaşın onlardan istifadə
etməkdə çətinlik çəkməsin.
Elektron Yaponiya strategiyasının əsas məqsədlərindən biri də ölkə daxilində
mövcud olan informasiya qeyri-bərabərliyini aradan qaldırmaq idi. Hər kəsin
informasiya texnologiyalarına çıxışının olduğu bir vəziyyət yaratmaq çox vacibdir.Bu
çıxış vasitəsi ilə cəmiyyət onlara təklif olunan xidmətlərdən asanlıqla istifadə edə və
bununla da vaxtına qənaət edə bilər.Bu proqramı həyata keçirmək üçün Yaponiyanın
bir çox nazirlikləri cəlb olunub.Daxili işlər və kommunikasiya,iqtisadiyyat,ticarət və
sənaye,Nəqliyyat və infrastruktur nazirlikləri.Proqram tərəfindən həyata keçirilən
siyasətin əsası ondan ibarətdir ki,yaşından və fiziki imkanlarından asılı olmayaraq hər
kəs sərbəstliklə informasiya texnologiyalarından istifadə etmək imkanına malik
olmalıdır.Bu yanaşmaya başqa sözlə “Universal Dizayn” yanaşması da
deyirlər.Strategiyanın ilkin nəticələri artıq 2002- ci ildən başlayaraq özünü
göstərməyə başladı.Belə ki,dünyadakı ən ucuz internetə qoşulmaq haqqı
(2500yen/ay) tətbiq olundu və bütün dövlət məktəbləri (bütün Yaponiya üzrə 40000)
internetə çıxışla təmin olundu.2003 -cü ildə birinci strategiyanın davamı kimi
Elektron-Yaponiya strategiyası elan olundu.Bu strategiyaya 7 aparıcı sahəni əhatə
etməli idi:
29
- Tibb xidməti;
- Qida;
- Gündəlik yaşam;
- Orta və kiçik sahibkarlıq;
- Təhsil;
- şçi və əmək;
- ctimai xidmət sahəsi
Növbəti məqsəd ardıcıllığı isə aşağıdakı kimi idi:
- informasiyaya “maneəsiz” çıxış;
- xidmətlərdən “maneəsiz” istifadə;
- “maneəsiz” məktəblər;
- nformasiya və kommunikasiya texnologiyalarının inkişafı və daha yaşlı təbəqə
və fiziki çatışmazlıqları olanlar üçün yeni sistemlərin işlənib hazırlanması.
nformasiyaya maneəsiz çıxışı təmin etmək üçün iki ölçü müəyyən olunmuşdur:
administrativ informasiya xidmətlərini müəyyən etmək və elə bir mühüt yaratmaq
ki,orada hər bir şəxs radio xidmətlərindən görmək və eşitmək çatışmazlıqlarına
baxmayaraq istifadə edə bilsin.Birinci ölçü 2 hissədən ibarətdir:
1.Elektron –ölkənin informasiya xidmətlərini əlçatan etmək.
2. ctimai xidmətləri mümkün etmək.
“Xidmətlərdən maneəsiz istifadə“ dedikdə fiziki çatışmazlıqları olan şəxslər
üçün nformasiya Texnologiyaları və onlardan asanlıqla istifadəni təmin etmək başa
düşülür.Maneəsiz məktəblər dedikdə isə yuxarıda qeyd olunduğu kimi məktəblərin
lazımi avadanlıq və internetə çıxış ilə təmin edilməsi,həmçinin çatışmazlıqları olan
uşaqların da onlardan maneəsiz istifadəsi nəzərdə tutulur.Məktəbə gedə bilməyən
uşaqların on-line iştirakının mümkünlüyü də bura daxildir.
nformasiya uçurumunun Çin təcrübəsini nəzərdən keçirək:
30
2006 -cı ildə Çində internet istifadəçilərinin sayı 20 %artmışdı,lakin buna
baxmayaraq ümumi əhalinin yalnız 19 % -nin internetə çıxışı vardı və informasiya
uçurumu gündən-günə artırdı,buna səbəb isə infrastrukturun qeyri-kafi inkişafı və
internet xidmətlərinin yüksək olmasıdır.Beynəlxalq göstəricilərə nəzər salsaq 2000-ci
ilin ortalarında ABŞ-da 164 milyon kompüter var idi və bu göstərici onu bildirirdi
ki,hər iki nəfərə bir kompüter düşür.Almaniyada bu rəqəm 3 idisə Çində80 idi.Çinin
son göstəriciləri onu göstərir ki, onun informasiya vəkommunikasiya
texnologiyalarının inkişafına bir sıra daxili və xarici faktorlar təsir göstərir.Çin
dünyada telekommunikasiya texnologiyaları bazarının həcminə görə 2-ci yeri
tutur.1995-2000 - ci illər üçün özünün 9-cu beş illik planına 100 milyon dollar
investisiya yatırmışdır. KT-lərin geniş istifadəsinə baxmayaraq Çində ciddi
informasiya uçurumu mövcuddur.Son zamanlar əsaslı siyasi,iqtisadi və sosial
dəyişiklərə məruz qalmışÇinin telekommunikasiya sistemi il ərzində 30-50 %-lə
inkişaf edirdi.Lakin telefon və internet istifadiçilərinin sayı çox aşağı idi. 23%
telefon və 2.18 % internet istifadəçisi var ki, bu da özünü əsasən bölgələr arasında
fərqdə göstərir. nternet istifadəçiləri əsasən iri şəhərlərdə yerləşir.Belə ki, Pekində
ümumi sayın 12.39 %-i,Şanxayda isə 8.98% -i yerləşir.Çində informasiya uçurumu
aşağıdakılarla şərtlənir:
- KT infrastrukturu qeyri bərabər yayılmışdır;
- Qiymətlərin yüksək olması;
- şçi heyətinin təcrübəsizliyi;
- Şəbəkənin qeyri mükəmməlliyi;
- Çin dilində məlumatın az olması;
- Təhsil və savad problemləri.
Lakin Çin iqtisadiyyatının sürətli inkişafı və ölkədə güclü texnologiyalı
kompaniyaların investisiya yatırımlarının artması Çində informasiya uçurumunun
get-gedə azalmasına perspektivlər açır.
|