YUYUCU VASİTƏLƏR –paltar yumaq üçün işlədilən toz, pasta və
mayelər. Müasir yuyucu vasitələr bir neçə komponentdən, o cümlədən
tenzid (sabun), ağardıcılar, duru şüşə və yuyucu sodadan ibarətdir.
Yuyucu vasitələr məişət axıntılarının (tullantılar) təmizlənməsində xeyli
problem yaradır və təmizləmə şlamlarının (təmizləndikdən sonra qalan
quru qalıq) gübrə kimi istifadə edilməsini məhdudlaşdırır.
YUYULMAQ – (su ilə yuyulub çıxardılmaq) – dağ süxuru və ya
torpağın suda həll olunan maddələrinin məhlula keçmə prosesi və
onların ekosistemdən çıxarılması və ya dərin horizonlara (qismən
torpaqaltı qata) keçməsi. Yağıntı vaxtı yuyulub aparıcı su rejiminə malik
olan ekosistemlər üçün xasdır, (karbonatlardan yuyulmuş dağ qonur
meşə torpaqları).
Dostları ilə paylaş: |