QəRİb məMMƏdov mahmud xəLİlov


BİOXOR  (bio və yun. Choros -yer)



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə109/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   105   106   107   108   109   110   111   112   ...   1096
BİOXOR  (bio və yun. Choros -yer) – hakimlik edən müəyyən 

həyatilik formaların müəyyən meteoroloji faktorların birliyinə uy-

ğunlaşan coğrafi mühit;2) həyatın yayıldığı vilayət; 3) oxşar bitmə 

şəraiti qrupu; 4) floristik rayonun iqlim sərhədi; Palmana (1933) görə 

ekosistemin sinonimi. 

BİOİQLİMŞÜNASLIQ  – iqlimin canlı orqanizmlərə  təsirini 

öyrənən təlim. Ekologiya B.-la sıx bağlıdır. B. termini və onun əsası 20-

ci əsrin əvvəlində A.Keppen tərəfindən işlənmişdir. 

BİOİQTİSADİYYAT, EKONEKOL  – ekologiya və iqisadiyyatın 

qovuşduğu yerdə yaranan təlim sahəsi, təbii sərvətlərdən istifadə etdiyi 

prosesdə insanın təbiətlə əlaqəsini öyrənir. 

BİOİNDİQATORLAR, BİOLOJİ  İNDİQATORLAR  – öz 

varlığı, miqdarı və inkişaf intensivliyi ilə yaşadığı mühit, orada yaşayan 

canlılar və gedən proseslər (bəzi maddə  və elementlərin olub-

olmamasını və s.) üçün göstərici olan orqanizmlər. 

Növ və cinslərdə ətraf mühitin çirklənməsi dərəcəsinə uyğun olaraq 

əlamət dəyişgənlikləri. Bəzi bitkilərin əlamətlərinə görə mühitin xarak-

terik xüsusiyyətlərini, orada olan faydalı qazıntıların növlərini 

müəyyənləşdirmək olur. 



BİOKARROZİYA – metalların canlı orqanizmlərin həyat 


 

49 


 

fəaliyyətinin təsiri nəticəsində zədələnməsi (dağılması) prosesi. B. su və 

neft borularında baş verir. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin