BİOGEOKİMYƏVİ DÖVRAN – bioloji dövranın bir hissəsi olub
kimyəvi maddələrin mübadiləsi dövrəsini təşkil edir; canlı
orqanizmlərin fəal iştirakı ilə təbiətdə kimyəvi elementlərin dövranı.
BİOGEOKİMYƏVİ ƏYALƏT – biri digərindən torpaq, su, bitki
və heyvanat aləminin miqdarı və kimyəvi elementlərin, maddələrin
tərkibi ilə seçilən Yer səthinin ayrıca sahəsi. Termin və konsepsiyanın
əsaslandırılması A.P. Vinoqradova (1949) aiddir.
BİOGEOKİMYƏVİ XƏRİTƏLƏŞDİRMƏ – biogeokimyəvi
rayonlaşdırma xəritə və xəritə-sxemlərinin tərtibi. B.x. biosferin
quruluşunu öyrənmək və biogeokimyəvi rayonlaşdırmada mühüm me-
tod sayılır. B.x. konsepsiyası V.V.Kovalski (1957) tərəfindən dəqiq
işlənib hazırlanmışdır.
BİOGEOKİMYƏVİ PROSESLƏR – cansız və canlı sistemlərdə
(biosenozlarda) və onların arasında gedən proseslər.
BİOGEOKİMYƏVİ SİKL – kimyəvi maddələrin dövranı (qeyri-
üzvi mühitdən canlı orqanizmlər vasitəsilə yenidən qeyri-üzvi mühitə).
B.s. günəş enerjisi, qismən kimyəvi reaksiyası enerjisindən istifadə
etməklə başa çatır. B.s.-i konsepsiya aspektində ilk dəfə V.İ. Vernadski
öyrənmişdir.
Dostları ilə paylaş: |