QəRİb məMMƏdov mahmud xəLİlov


BİOGEN MADDƏLƏRİN REGENERASİYASI



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə103/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   99   100   101   102   103   104   105   106   ...   1096
BİOGEN MADDƏLƏRİN REGENERASİYASI  – saprofitlərin 

həyat fəaliyyəti nəticəsində ölmüş orqanizmlərin toxumalarından suya 

və ya torpağa biogen maddələrin qaytarılması prosesi. 

BİOGEN RELYEF – biosenozların təsiri nəticəsində yaranan re-

lyef. Uzun dövr ərzində bitki qruplarının ölü kütləsinin akkumulyasiyası 

(fitogen relyef) nəticəsində yaranın mezorelyef (məs. torfun), uzun dövr 

ərzində duzların yuyulması  nəticəsində bitkilərin yaratdığı mikrorelyef 

(səhra və yarımsəhra zonasında), qum və narın torpaq hissəciklərinin 

bitkilərin ətrafında akkumulyasiyası (məs. yulğun kollarının, cilin və s.) 

nəticəsində yaranan mikro və ya nanorelyef, dağ yamaclarında eroziya 

prosesi nəticəsində kolların  ətrafında yaranan təpəciklər və ya bitkisiz 

sahələrdə  əmələ  gələn çala-çuxurlar, heyvanların fəaliyyətilə yaranan 

(məs. gəmiricilər), cücülərin (qarışqa koloniyası) və  məməlilərin 

yaratdığı (qabanın eşdiyi sahələr) zoogen relyeflər. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin