BİOEKOLOJİ SPEKTR – hər hansı bir ərazinin bitki örtüyü tipi-
nin, formasiyasının faizlə və ya mütləq rəqəmlə tərkibi.
BİOENERGETİKA – biologiyanın bölməsi, bioloji sistemlərdə
enerjinin çevrilməsi prosesini öyrənir.
BİOENERJİ – orqanizmlərin tənəffüs, qlikoliz, fotosintez və s.
zamanı həyat fəaliyyəti nəticəsində enerjinin generasiyası. Əsas bioener-
ji prosesləri fotosintez, xemosintez, həmçinin assimlyasiya (istiliyin
toplanması) və dissimlyasiya (istiliyin ayrılması) ilə sıx bağlıdır. B.
canlı sistemin mühüm funksional xarakteristikası olub, enerji axınının
ətraf mühitlə əlaqəsini əks etdirir.
BİOFİLLƏR – ətraf mühitə nisbətən canlı orqanizmlərdə daha çox-
lu miqdarda toplana bilən kimyəvi elementlər və ya maddələr. (sink,
oksigen, fosfor və digər elementlər, həmçinin bir çox pestisidlər). Çox
vaxt B.-in canlı orqanizmlərdə konsentrasiyası (toplanma əmsalı) ətraf
mühitə nisbətən yüz dəfə, min dəfə (yüz min dəfə) çox olur. B.-in
orqanizmdə həddən artıq toplanması toksikozların əmələ gəlməsinə və
ya hətta orqanizmin məhv olmasına səbəb olur.
BİOFİLOTA – müəyyən arealın flora və faunası.
BİOFİLTRATORLAR – öz spesifik üsulu ilə qidalanaraq (filtra-
siya edərək) su mühitinin təmizlənməsində özünəməxsus rol oynayan
su orqanizmləri. Məs. mikroskopik kalapus xərçəngciyi bir sutka
ərzində 2 l suyu təmizləyə bilir.
Dostları ilə paylaş: |