QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə123/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   119   120   121   122   123   124   125   126   ...   1096
BİOLÜMİNESSENSİYA – canlı orqanizmlərin işıq verməsi. 

BİOM – biosferin müəyyən iqlim və digər  şəraitinə uyğunlaşan 

müəyyən flora və fauna ilə səciyyələnən böyük bir ərazisi. Məs. tundra 

B.-u, arid zona B.-u, çöl B.-u və s. Dağlıq ərazidə B.lar şaquli zonallığa 

görə dəyişilir. (əvəz olunur). 



BİOMETEOROLOGİYA  – Yer atmosferində meteoroloji və 


 

54 


 

kimyəvi proses və hadisələrlə canlı orqanizmlər arasındakı qarşılıqlı 

əlaqədən bəhs edən elm. B.-da hava və iqlimin bioloji təsirinə xüsusi 

diqqət verilir. 



BİOMETRİYA –biologiyanın bir bölməsi. Heyvan, bitki 

populyasiyalarının, bakteriyaların, virusların və s. orqanizmlərin 

əlamətlərini, keyfiyyət və  kəmiyyət dəyişkənliklərini riyazi (variasiya) 

statistika üsulları ilə təhlil edir. 



BİOMORFLAR – növlərin sistematik vəziyyəti, onların böyümə 

formaları  və bioloji ritmləri ilə müəyyənləşdirilən həyatilik formaları. 

Şibyələr, mamırlar, ayıdöşəyilər, qatır quyruğulular, plaunlar B-ın xüsu-

si qrupuna aid edilir. Ali bitkilər arasında əsas biomorflara ağaclar, kol-

lar, kolcuqlar, yarımkollar, otlar və yarımotlar daxildir. 

Heyvanat aləmi üçün B-ın təsnifatı az işlənib. Məs. quşlar, balıqlar, 

otyeyənlər və s. B. 

BİOMORFOGENEZ – filogenez və ya ontogenezdə  həyat  şəraiti 

ilə əlaqədar orqanizmlərin bioloji və morfoloji xüsusiyyətlərinin inkişafı 

prosesi. 

BİONOMİYA – Ekologiyanın sinonimi. E.Hekkel tərəfindən «Yes-

testvennaya istoriya mirotvoreniya”» (1868) əsərində irəli sürülmüşdür. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin