BİOLOJİ RESURSLAR, BİORESURSLAR – sənaye obyekti olan
və sayıla bilən orqanizmlər. Tükənən, bərpa oluna bilən təbii resurs
kateqoriyasına aiddir. B.r. ın mühafizə olunmasının əsas prinsipi onların
səmərəli istifadəsi üçün təbii şəraitinin optimal saxlanması və süni
istehsalına şərait yaratmaqdır.
BİOLOJİ SƏDD – rəqabət, yırtıcılıq və digər bioloji faktorlarla
əlaqədar orqanizmlərin yayılması yolunda kənar edilə bilməyən
müqavimət.
BİOLOJİ SİSTEMLƏR – canlı sistemlərin quruluş prinsipinə görə
təkmilləşmə dərəcəsi: molekul, hüceyrə, toxuma, orqan, orqanizm, po-
pulyasiya, növ, biosenoz, ekosistem, biosfer.
BİOLOJİ SPEKTR – hər hansı bir sahədə bitki biomorflarının
tərkibi (faizlə). Keçmiş Sovetlər İttifaqında dominant və
subdominantların B.s.-ri aşağıdakı kimidir:
Ağaclar Kollar
Otlar
Yarpağını
tökən
Həmişə
yaşıl
Yarpağını
tökən
Həmiş
ə yaşıl
Yarım
kollar
Çoxillik Birillik
11 3 14 2
7
57 6
Dostları ilə paylaş: |