QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə116/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   112   113   114   115   116   117   118   119   ...   1096
BİOLOJİ DÖVRANIN SÜRƏTİ  – vahid zamanda yaranan və 

parçalanan canlı maddənin maksimum miqdarı. 



BİOLOJİ DÖVRANIN TUTUMU – kimyəvi elementlərin canlı 

orqanizmlərin tərkibində eyni vaxtda maksimum miqdarı. 



BİOLOJİ FAKTORLAR – canlı orqanizmlərin mühitə bilavasitə 

və vasitəli təsiri ilə əlaqəsi olan faktorlar qrupu. 



BİOLOJİ İNDİQATORLAR – öz iştirakı və ya özünün olmaması 

ilə  ətraf mühitin xarici görünüşünü, kimyəvi tərkibini və davranışını 

dəyişməklə reaksiya göstərən orqanizmlər. 

BİOLOJİ KADASTR – müəyyən ərazinin (akvatoriyanın) fauna və 

florasının sistemləşdirilmiş məlumat toplusu. 



BİOLOJİ MELİORASİYA (su obyektlərinin) bioloji tədbirlərin 

köməyi ilə su obyektlərinin vəziyyətini yaxşılaşdırmaq. 



BİOLOJİ  MƏHSULDARLIQ  – ekoloji sistemə daxil olan bitki, 

heyvan və mikroorqanizm biokütləsinin artımını ifadə edən bioloji 

anlayış. B.m. ayrı-ayrılıqda bitki və heyvan növü və populyasiyalarının 

miqdarı ilə müəyyən edilib vahid zamanda sahə, yaxud həcmə düşən 

məhsulla ölçülür. Orqanizmlərin bütün populyasiyalarının vahid sahəyə 

düşən məhsuldarlığı B.m.-ğı xarakterizə edir. B.m. kəmiyyətcə onun 

nəticəsinə  əsasən, quru halda üzvi maddənin illik bioloji 

məhsuldarlığına görə qiymətləndirilir. (t/ha, il, q/m

2

-il).  İki cür B.m. 



ayırırlar:  İlk və ikinci B.m. Avtotrof orqanizmlərin məhsulu ilk 

məhsuldarlıq, özü isə produsentlər (məhsul yaradanlar) adlanır. Hetero-

trof orqanizmlərin məhsulu ikinci məhsuldarlıq, özləri isə konsumentlər 

(ehtiyacı olanlar) adlanır. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin