BİOLOJİ PREPARATLAR, BİOPREPARATLAR –Kənd
təsərrüfatında istifadə olunan bioloji mənşəli vasitələr (dərmanlar).
Heyvanlarda parazitar və infeksiya xəstəliklərinin diaqnostikası,
profilaktikası və müalicəsi, heyvanların artımı və məhsuldarlığını
yüksəltmək, həmçinin bitkilər ziyanverici və xəstəliklərdən mühafizə
etmək məqsədilə işlədilir. B.p.-ra mikrobioloji maddələr (antibiotiklər,
hormonlar və s.) daxildir.
BİOLOJİ REKULTİVASİYA – torpaqların münbitliyinin bərpası
üzrə tədbirləri özündə birləşdirən və texniki rekultivasiyadan sonra
həyata keçirilən rekultivasiya mərhələsi. Bura fauna və floranın
fəaliyyətinin dirçəldilməsinə və torpaqların təsərrüfat baxımından
məhsuldarlığının bərpasına aid kompleks aqrotexniki və fitomeliorativ
tədbirlər daxil edilir. Rekultivasiyanın bütün istiqamətləri bioloji
mərhələdə başa çatdırılır.
Dostları ilə paylaş: |