BİOLOJİ BARYER (MANEƏ, SƏDD) – növ və ya qrupun
yayılmasına maneçilik göstərən istənilən təbii bioloji sədd. Məs., meşə
bozqırın yayılmasına maneçilik göstərir; tozlayıcı cücülərin olmaması
entofil bitkilərin yayılmasına mane olur və s.
BİOLOJİ ÇİRKLƏNMƏ – istismar edilən ekosistemlərə və ya tex-
noloji qurğulara təsadüfi və insan fəaliyyəti nəticəsində həmin
qruplaşma və qurğu üçün yad olan, arzu olunmayan bitki və heyvanat
növünün müdaxiləsi.
BİOLOJİ DÖVRAN, KİÇİK MADDƏLƏR DÖVRANI – Yer
üzərində həyat başlanan vaxtdan orqanizmlərin həyat fəaliyyəti ilə
yerinə yetirilən kimyəvi elementlərin və maddələrin dövranı. B.-d.-da
əsas rolu ilkin produsentlər (yaşıl bitkilər və xemosintez edən
mikroorqanizmlər), konsumentlər (heyvanlar) və redusentlər (saprofit
51
orqanizmlər, ən çox bakteriyalar) oynayır.
Dostları ilə paylaş: |