QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə23/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   19   20   21   22   23   24   25   26   ...   1096
AXAR SU HÖVZƏSİ – su gəliri və çıxarı (axımı) olan su hövzəsi 

(sututarı). 

AXIM MODULU – çay hövzəsinin səthindən vahid zamandakı 

axımın orta miqdarı. L (san-km

2

) ilə ifadə olunur. Eroziya prosesini sə-



ciyyələndirmək üçün çay şəbəkəsində aylıq, mövsümi, yaxud illik sülb 

axımı. Bəzən eroziya modulu da adlanır. Eroziya modulu (asılı mate-

rialların axım modulu) 1 km

sutoplayıcı sahədən axan sülb axının tonla 



miqdarıdır. 

AXIMIN NİZAMLANMASI – yamaclarda axımın maksimum zəif-

lədilməsi və torpağa hopdurulması üçün həyata keçirilən müxtəlif təd-

birlər sistemi. Axımın nizamlanması üçün yamaclarda müxtəlif aqrotex-

niki, fitomeliorativ tədbirlər həyata keçirilir, müxtəlif hidrotexniki 

qurğular tətbiq edilir.  

AXMAZ – çayın  əyri-üyrü axıb öz yatağını düzəltməsi nəticəsində 

qismən və ya tamamilə ayrılmış hissəsi. A.-lar ilk dövrdə göl şəklində 

olur və çay daşqınları ilə qidalanır. A. çay daşdığı zamanı su olmadıqda 

tədricən bataqlığa çevrilir və quruyur. Mingəçevir su anbarı tikilənədək 

Kür çayının aşağı axınında A.-lar çox idi. Hazırda  əksəriyyəti 

qurudulmuşdur. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin