DOZA (MÜTLƏQ, LETAL, ÖLDÜRÜCÜ) – zərərli agentin min-
imum miqdarı orqanizmə daxil olduqda (nəfəs yolu, qida ilə və s.)
mütləq ölümlə nəticələnir.
DOZA (MÜMKÜN SAYILAN, DÖZÜLƏN) – Orqanizmə və ya
onun qruplaşmasına daxil olduqda ona öldürücü təsir göstərməyən
zərərli agentin maksimal miqdarı. Bu miqdar müəyyən vaxt üçün (saat,
gün və s.) də təyin oluna bilər.
DÖVRÜ DƏYİŞİLMƏLƏR VƏ YA SUKSESSİYALAR –
yaşayış mühitinin dövrü olaraq dəyişməsi ilə baş verən ekzodinamiki
dəyişilmələr. Məs. qum səhrasının hərəkətdə olan relyefində və çay
subasarlarında.
Dostları ilə paylaş: |