DOMİNANT (lat. Dominans – hakimlik edən) – fitosenozların
müxtəlif yaruslarında üstünlük təşkil edən bitki növləri. Biosenozun
əsas qatlarında üstünlük təşkil edən, yəni dominantlıq edən bitki növləri
D., ikinci dərəcəli qatlarda üstünlük təşkil edən növləri isə subdominan-
tlar adlanır. Fitosenozun hakim yarusunda yalnız bir D. varsa ona mo-
nodominant, fitosenozda bir neçə D. iştirak edərsə polidominant fitose-
noz adlanır. D. fitokütlənin miqdarı, yaxud proyektiv böyüklüyünə görə
hesablanır. D.-lar və subdominantlar fitosenozun əsas məhsulunu təşkil
etdiyi üçün onlar mühityaradıcı rol oynayaraq çox mühüm əhəmiyyətə
malikdir. Biosenozların hesablanmasında D.-lar mühüm əhəmiyyət kəsb
edir.
DOMİNANT NÖV – Miqdarına və məhsuldarlığına görə yalnız özü
və ya digər növlərlə birlikdə qruplaşmanın əsasını formalaşdıran növ.
Dominantlıq indeksi aşağıdakı düsturla hesablanır:
D
1
= n
1
/N
⋅ 100
burada n
1
-növün sayı: N biosenozda fərdlərin ümumi sayı.
Dostları ilə paylaş: |