DİSPERSANT (NEFT) (lat. dispersus – səpilmiş, seyrəlmiş,
dağılmış) – 1) sudakı neft təbəqəsini və ya neft topalarını xırda
hissəciklərə parçalayan, sudakı nefti təmizləmək üçün işlədilən maddə;
2) dispers fazası şəklində olan neft (suspenziya, emulsiya və s.).
DİSSİMİLYASİYA (biologiyada) (lat. Dissimilatio - bənzəməmə)
– maddələr mübadiləsində assimilyasiya prosesinin əksi; zülallar, nukle-
in turşuları, yağlar və karbohidratların (o cümlədən qida ilə qəbul
edilən) çevrilməsi ilə gedən üzvi birləşmələrin bəsit maddələrə
parçalanması. D.-ya daxil olan tənəffüs, qıcqırma və qlikoliz prosesləri
maddələr mübadiləsində əsas yer tutur. D.-nın son məhsulu su, karbon
qazı və ammonyakdır.
D. ilə assimilyasiyanın qırılmaz əlaqəsi orqanizm toxumalarının
daim yeniləşməsini təmin edir. Assimilyasiyanın D.-dan üstün getməsi,
orqanizmin böyümə və inkişafını, yeni hüceyrə və toxumaların əmələ
gəlməsini, onun kütləcə artmasını təmin edir. Bəzi pataloji hallarda və
aclığa məruz qaldıqda D-nın assimilyasiyadan üstün getməsi orqanizmin
kütləcə azalmasına səbəb olur.
|