DİAPAZON (diapazon) – biliklərin, fəaliyyətin həcmi, əhatəliyi və
hərəkətlərin əhatəsi.
DİASPOR (yun. Diaspora - səpilmə) – ana bitkidən ayrılan hissə.
Bitkinin çoxalmasını və yayılmasını təmin edir. Vegetativ D.-a kök yu-
mrusu, soğanaq, tallidi, generativ D.-a isə sporlar, toxum, meyvə,
haşameyvə aiddir.
DİB BAKTERİYALARI – bax: bakteriobentos.
DİB ÇÖKÜNTÜLƏRİ – Daxili su hövzəsində təbii və texnogen
mənşəli maddələrlə gedən fiziki-kimyəvi və biokimyəvi proseslər
nəticəsində su obyektinin dibinə çökən gətirmələr və bərk hissəciklər.
D.ç. orqanizmin yaşaması üçün yararlı (daş, çınqıl, qum), həmçinin
oksidləşmə prosesi üstünlük etdiyi gil, lil, iri və xırda detrit və iri üzvi
qalıqlar orqanizmin yaşaması üçün yararsız (reduksiya prosesi üstünlük
təşkil etdiyi lil, iri və xırda detrit, iri üzvi qalıqlar, həmçinin antropogen
mənşəli qruntlar – sellülokağız fabrikinin ağac lifləri, səthi müxtəlif
qalınlıqda neft məhsulları ilə örtülən qruntlar) dib çöküntülərinə
bölünür.
Dostları ilə paylaş: |