QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə230/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   226   227   228   229   230   231   232   233   ...   1096
DƏYİŞKƏNLİK:  – Bioloji dəyişkənlik – fərdlər, qruplaşmalar və 


 

104 


 

s.-nin istənilən dəyişkənliyə (morfoloji, funksional və s.) uğrama 

qabiliyyəti dərəcəsi. B.d. canlı orqanizmin mühüm xassəsidir; o, 

orqanizmlərin  ətraf mühitlə qarşılıqlı  əlaqəsi zamanı yaranır və virus, 

bakteriya, göbələk, bitki, heyvan və insanın mövcud formalarının adap-

tiv müxtəlifliyini təmin edir. B.d. müxtəlif formaları arasında təkamül 

prosesləri üçün sort, cins və növəmələgəlmə üçün ilkin mexanizm kimi 

nəsli dəyişkənlik birinci rol oynayır, onlar sonrakı  nəsillərdə  də 

möhkəmlənir. 

– Genotipik dəyişkənlik, autogen dəyişkənlik – genetik əsası olan 

dəyişkənlik. G.d.-yə genetik müxtəliflik kimi baxılır, o, hər hansı bir 

növün populyasiyasını səciyyələndirir. 

–  Korrelyativ dəyişkənlik  – Ç. Darvinə (1859) görə nisbi 

dəyişkənlik olub orqanizmin bir hissəsinin struktur və funksiyasının 

dəyişməsi çox vaxt digər hissəsinin və ya hissələrinin dəyişməsinə 

səbəb olur. məs., heyvanların dəri və yununun rəngini dəyişməsi, 

bataqlıq quşlarının boyun və ayaqlarının, dimdik və dillərinin uzunluğ-

unun dəyişməsi və s. 

– Fenotipik dəyişgənlik – ayrı-ayrı fərdlərin və ya populyasiyaların 

fenotipik əlamətlərinin dəyişkənliyi. 

– Qeyri-müəyyən fərdi dəyişgənlik – Bu dəyişgənlik formasını Ç. 

Darvin (1859) eyni növ, çeşid və cinsli fərdlərində müxtəlif fərqlərin 

olması kimi başa düşür; oxşar şəraitdə mövcud olan bir fərd digərindən 

fərqlənir. Məs., bir qozanın içindəki toxumlardan oxşar olmayan bitkilər 

inkişaf edir, bir cüt heyvanın nəsilləri eyni şəraitdə böyüməsinə bax-

mayaraq bir-birinə o qədər də  bənzəmir. Darvinin fikrincə belə 

dəyişkənlik yalnız  ətraf mühitin şəraiti ilə deyil, həm də orqanizmin 

bütün xüsusiyyətləri və vəziyyəti ilə müəyyən edilir. Orqanizmin bütün 

xüsusiyyətlərinin q.f.d. geniş yayılmışdır. Fərdi nəsli dəyişkənlik 

nəticəsində  fərdlərin böyük dəyişgənliyi evolyusiya prosesləri üçün 

mühüm material hesab olunur. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin