DƏNİZLƏRİN ÇİRKLƏNMƏSİ – uzun zaman okeanın həcmi
tükənməz təbii təmizləyici sayılırdı. Hazırda isə məlum olmuşdur ki,
D.ç. kontinental (təmiz) su hövzələrinin çirklənməsindən də təhlükəlidir.
Dünya okeanına hər il bir neçə milyon ton maye və bərk tullantılar daxil
olur. Neftlə çirklənmə qlobal xarakter daşıyır. Qəzaya uğrayan
tankerlərdən də okean olduqca çoxlu miqdarda neftlə çirklənir.
DƏNLİ BİTKİLƏR – dən verən əsas bitkilər; insanları ərzaqla,
heyvanları yemlə, sənayenin bəzi sahələrini xammalla təmin edir. D.b.
taxıl bitkiləri və dənli-paxlalı (noxud, lərgə, lobya, mərcimək və s.)
bitkilər qrupuna ayrılır. Taxıl bitkiləri qrupuna buğda, arpa, çovdar,
çəltik, vələmir, qarğıdalı, darı, qarabaşaq və s. daxildir.
DƏRƏ – Relyefin uzunsov, başlanğıcından qurtaracağına doğru
meylli, mənfi formasına deyilir. D. başlıca olaraq axar suların eroziya
fəaliyyəti nəticəsində əmələ gəlir, digər denudasiya prosesləri ikinci
dərəcəli iş görür. D.-lər əsas və ona qovuşan yan D.-lər də az
102
növbəsində üçüncü, dördüncü və i.a. dərəcəli D.-ri qəbul edir. Hər D.-
nin əsas morfoloji hissələri onun dibi, ətəkləri və yamaclarıdır. D-nin
dibinin ən alçaq – su axan zolağı yataq, daşğın zamanı su basdığı hissəsi
isə çaybasar adlanır. D.-nin dibi ilə yamaclarının birləşdiyi yer D.-nin
ətəkləri, ətəkləri ilə yallar (suayrıcılar) arasındakı hissələri isə D.-nin
yamacları adlanır. D.-nin ana süxurlarından təşkil olunmuş yamacları
hündür və ya alçaq, dik və ya yastı, profildə isə düz, batıq, qabarıq və
pilləli (terraslı) ola bilər. Yamaclar dikliyinə və profil formasına görə
eyni olduqda simmetrik D. eyni olmadıqda asimmetrik D. adlanır.
Dostları ilə paylaş: |