DƏN VƏ DƏN MƏHSULLARI ZƏRƏRVERİCİLƏRİ – dən və
dən məhsullarını daşınma və saxlama dövründə məhv edən heyvanlar.
Onlar quru meyvə və tərəvəzi, dərman, dəri, tütün xammalını da
zədələyir. Bunlara bəzi gənələr, həşəratlar, quşlar, məməlilər
(siçankimilər) aiddir. 100-dən çox, o cümlədən Azərb-da 40-a yaxın
növü məlumdur.
DƏNİZ – okeanın bir hissəsidir, onlar qismən quru ilə, qismən də
sualtı relyef yüksəklikləri (astanalar) ilə ayrılır və başlıca olaraq
hidroloji rejiminə görə okeanın açıq hissəsindən fərqlənir. D.-in əsas
xüsusiyyəti okeanın ucqarlarında yerləşməsi və okeanla (bir və ya bir
neçə boğazla) birləşmiş olmasıdır.
Dostları ilə paylaş: |