DEZİNSEKSİYA (dez...+ lat. Insectum - həşərat) – infeksiya
xəstəlikləri yayan, yeyinti və k.t. məhsularına, habelə yaşayış
mənzillərinə ziyan vuran buğumayaqlılara (cücü, gənə) qarşı işlədilən
mübarizə üsulu və vasitəsidir. Üç qrupa ayrılır: təbii k.t. və baytarlıq D.-
sı üsulları, buğumayaqlıların artıb çoxalmasına mane olmağa (profilak-
tik D.) və onları tamamilə məhv etməyə (məhvedici) yönəldilir. Profi-
laktika məqsədilə aparılan tibbi D-ya bədəni tez-tez yumaq, yumşaq
mebelləri şotka və ya tozsoranla təmizləmək, zibil qablarını təmiz sax-
lamaq və s. aiddir. Məhvedici D. kimyəvi, fiziki və bioloji üsullarla
aparılır. Kimyəvi üsulla D. üçün insektisid olaraq fosfor üzvi
birləşmələr (o cümlədən xlorofos) prietrum, boraks və s.-dən istifadə
edilir. İnsektisidlər məhlul, toz və aerozol halında işlədilir. Fiziki üsulla
D., əsasən, yüksək temperatur vasitəsilə aparılır. Buğumayaqlılara (o
cümlədən bit, birə, taxtabiti) 50
°S və ondan yuxarı temperatur, isti hava,
isti buxar, isti su öldürücü təsir göstərir. Bioloji üsulla D. zamanı
buğumayaqlılar müəyyən mikrob, virus və həşəratla məhv edilir.
DEZODORANTLAR – dərinin səthində bakteriyaları məhv edən
preparatlar. Bu bakteriyalar hoparaq tərli bədəndə pis iy verir. D.ekoloji
təmizdir, çünki onlar tərkibində ozon qatını dağıdan freonlar olan aero-
zol qablarda buraxılır. Bununla yanaşı D.insan dərisində faydalı
mikroorqanizmləri məhv edir. D. allergiyanın mənbəyi ola bilər.
DƏLİ YAĞIŞ – istiqaməti tez-tez dəyişən qısa müddətli yağış.
(Zəmilər üçün qorxuludur).
Dostları ilə paylaş: |