DEPRESSİYA (sayın) (lat. Depressio - enmə) – Bir və ya bir qrup
növün fərdlərinin sayının insan fəaliyyətilə əlaqədar olmadan populya-
siya, biosenoloji və ya abiotik səbəblər nəticəsində azalması.
DEPRİVASİYA – bioloji qruplaşmanın sadələşməsi nəticəsində
ekoloji davamlığın itirilməsi.
DESİKANTLAR (lat. Desicco - quruduram) – bitkilərin kök
sisteminə təsir göstərib onun qurumasına səbəb olan maddələr və prepa-
ratlar. Bitkiləri tez yetişdirir və maşınla işləməsini (yığılmasını)
yüngülləşdirir.
DESİKASİYA – bitkilərin yağışdan qabaq qurudulması; bitkinin
yetişməsini sürətləndirir və məhsulun maşınla yığılmasını asanlaşdırır.
D. desikantlar adlanan kimyəvi, maddələrlə aparılır.
DESORBSİYA – kimyəvi maddələrin adsorb vəziyyətindən mayeyə
və ya qaz fazasına keçməsi; adsorbsiyanın əks prosesi.
Dostları ilə paylaş: |