DENUDASİYA (lat. Denudatio - çılpaqlaşma) – Yer səthində
süxurların su, külək buz və s. ilə dağılması, yüksək sahələrdən alçaq
sahələrə aparılması proseslərinin məcmusu. D.-ya aşınma, eroziya, ab-
raziya, korroziya, deflyasiya kimi proseslər daxildir. Yer səthi relyefinin
dəyişilməsində və yeni relyef formalarının əmələ gəlməsində D.-nın
rolu böyükdür. D. süxurları parçalayıb dağıdaraq relyefi alçaldır,
hamarlayır, dağlıq sahələri denudasion düzənliklərə (peneplenlərə) çevi-
rir. D. proseslərinin intensivliyi D-nın baş verdiyi rayonun tektonik
hərəkətlərinin və iqliminin xüsusiyyətlərindən, süxurların petroqrafik
tərkibindən, torpaq-bitki örtüyünün xüsusiyyətlərindən və s.-dən asılıdır.
DEPOPULYASİYA – müəyyən ərazidə və ya ekoloji sahədə «həyat
şəraitinin» pisləşməsi sayəsində bir növün fərdlərinin (insan və ya hey-
van) olduqca azalması və ya məhv olması.
Dostları ilə paylaş: |