DƏYİŞKƏNLİK (biologiyada) – müxtəlif qohumluq
dərəcələrindən olan və ya fərdlər qrupunda (növ, cins, sort və s.) xassə
və əlamət müxtəlifliyinin meydana çıxması. D.-in əsas səbəbi orqaniz-
min həyat şəraitində baş verən dəyişilmələrdir. D.-in irsi və qeyri irsi
fərdi və kütləvi, fasiləli və ardıcıl, asılı olmayan və korrelyativ,
istiqamətli və istiqamətsiz, adaptiv və qeyri adaptiv və s. formalarına
təsadüf edilir. İrsi D. adətən müxtəlif mutasiyaların baş verməsi və
çarpazlaşma nəticəsində meydana çıxır. Qeyri-irsi D. dedikdə fərdin və
ya fərdlərin əlamət və xassələrində xarici mühitin təsirilə (qida, tempe-
ratur, işıq, rütubət və s.) baş verən dəyişikliklər nəzərdə tutulur. Modifi-
kasiya D.-i adlanan qeyri irsi D. yalnız həmin D-.in meydana çıxmasına
səbəb olan xarici mühit şəraiti mövcud olduğu halda, yeni nəsildə baş
verə bilər. Məs. bir çox cücünün rəngi alçaq temperaturda tünd, yüksək
temperaturda isə açıq olur. Mövsüm ilə əlaqədar olaraq mühit şəraitinin
dəyişilməsi qısaömürlü orqanizmlərin müxtəlif nəsillərində D.-in mey-
dana çıxmasına səbəb olur. Belə D-ə mövsümi D. deyilir. Bir növə aid
olan orqanizmlərin müxtəlif yerlərdə (məs. bataqlıq, bozqır, səhra, meşə
və s.) yaşaması onlarda ekoloji D-in meydana çıxması və ayrı-ayrı
ekotiplərin yaranmasına səbəb olur.
İrsi və qeyri-irsi D. arasında sıx əlaqə vardır. Qeyri irsi D.-in özü xa-
rici mühit amillərinin təsirinə orqanizmin irsi əlamət və xassələrinin
dəyişilməsilə cavab vermək qabiliyyətidir. Təbiətdə növ əmələgəlmə
prosesində D.-in böyük əhəmiyyəti var. Daha məhsuldar bitki sortları və
heyvan cinsləri yaratmaq məqsədilə D.-dən istifadə edilir.
Dostları ilə paylaş: |