QəRİb məMMƏdov mahmud xəLİlov


DİMORFİZM (di...+yun. Morphe - forma)



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə234/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   230   231   232   233   234   235   236   237   ...   1096
DİMORFİZM (di...+yun. Morphe - forma) – erkək və dişi fərdlərin 


 

106 


 

xarici görünüşcə (rəng, ölçü, kütlə və s.) fərqli olması. 



DİNAMİK MÜVAZİNƏT – sistemin komponentlərinin və struktu-

runun daimi təzələnməsi hesabına saxlanmış müvazinəti; – sistemi (co-

cuoeko - sistemi) uzun müddət müəyyən keyfiyyət halında saxlayan 

enerji, maddə və informasiyanın gəlir və çıxarının bərabərliyi (balansı). 



DİNCƏ QOYULMUŞ TORPAQ – uzun müddət (8-15 il) 

becərilməyən şumlanmış əkin yeri. Birinci 2-3 il D.q.t. sahəsində birillik 

otlar, 5-7 il kökümsovlu bitkilər bitir, sonra isə sahənin bitki örtüyü təbii 

çəmən və ya çöl örtüyünə uyğunlaşır. Dincə qoyulma dövründə torpaq-

da üzvi maddələrin miqdarı artır, strukturu yaxşılaşır, alaqla mübarizə 

asanlaşır. Torpağın dincə qoyulması  gələcəkdə  həmin sahədən yüksək 

məhsul götürülməsinə imkan verir. 

DİNEKOLOGİYA – (dinamiki ekologiya) – Ekologiyanın fərdlərin 

və onların qruplarının dinamikasını və təkamül münasibətlərini öyrənən 

bölməsi. 

DİOKSİNLƏR  – Bu günə  qədər məlum olan ən zəhərli maddələr 

qrupu. Onlar polixlorlu dibengodioksinlər (PX DD) və ona uyğun olan 

polixlorlu dibenzofuronlar (PX DF) sinfinə aiddir. Üzvi maddələrdə həll 

olur, kanserogen təsirə  və davamlığa malikdir. Torpaqda dioksinlərin 

yarımparçalanma dövrü 10-20 il təşkil edir. 

DİSKLİMAKS – klimaksın dəyişilməsilə  əlaqədar bitki örtüyünün 

diqressiv sırası; məs. məhv edilmiş meşə sahəsində yaranmış sabit 

(dəyişilməyən) otlaq. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin