EKOLOGİSLƏR – insanı əhatə edən mühitin qorunması uğrunda
kütləvi ictimai hərəkatın nümayəndələri. AFR, Fransa, İngiltərə və b.
ölkələrdə siyasi “yaşıl partiyanın” üzvləri. E. yalnız təbiəti mühafizə
uğrunda deyil, həm də müharibələrə qarşı (atom müharibələrinə)
mübarizə apararaq beynəlxalq demokratik hərəkatda iştirak edirlər.
EKOLOGİYA – canlı orqanizmlər arasında və onların olduğu
mühitlə qarşılıqlı əlaqə haqqında sintetik bioloji təlim (elm). E.-nın əsas
predmeti daxilində enerji və üzvi maddələrin transformasiya prosesi
gedən və bir-birilə qarşılıqlı əlaqədə olan canlı orqanizmlərin
məcmusunu öyrənməkdir. E.-nın əsas vəzifəsi ekosistemdə enerji və
materiyanın qarşılıqlı təsirini öyrənməkdir. Müasir E.-nın diqqət
mərkəzində ekosistemin konsepsiyası – ekoloji paradiqmanın
konstruksiyasının əsası durur. Ayrı-ayrı fərdlər, populyasiyalar, növlər,
qruplaşmalar və onların ətraf mühitlə qarşılıqlı əlaqəsi və ekoloji
tədqiqat obyektləri hesab olunur, lakin müstəqil bir elm kimi E. üçün
spesifik deyildir, belə ki, onlarla digər bioloji elmlər (botanika, zoolo-
giya, sistematika, genetika, biocoğrafiya və b.) məşğul olur.
E. – yunan sözüdür (oykos – ev, daxma, logiya – elm). E. yunan sözü
118
olsa da onu ilk dəfə alman bioloqu 1869-cu ildə Ernest-Hekgel
işlətmişdir.
E. – elminin inkişafı XX əsrin əvvəlinə təsadüf edir. Çünki təbiətin
vəziyyəti bu əsrin 30-cu illərinə qədər ciddi təşviş doğurmurdu. Lakin II
Dünya müharibəsindən sonra təbiətə, ətraf mühitə qarşı mənfi
münasibət ilbəil gücləndiyindən E. elmi tamamilə yeni, inkişafı zəruri
sayılan elm sahəsinə çevrildi. Hazırda elmi-texniki tərəqqinin sürətlə
inkişafı ilə əlaqədar və ətraf mühitin mühafizəsi məsələlərinin həlli
müasir tətbiqi E.-ya olan maraq dairəsini özünün qanuni bioloji
sərhədindən çıxarmışdır. Bununla əlaqədar E. elminin xüsusi sahələri
meydana gələrək sürətlə inkişaf etməkdədir: qlobal E, insan E.-sı, sosial
E., mühəndis E.-sı, k.t. E.-sı, memarlıq E.-sı, mədəniyyət E.-sı, sozolo-
giya, coğrafi E., geokimyəvi E., rekreasiya E.-sı, nəqliyyat E.-sı, və bir
çox başqaları.Bu göstərilən sahələr ümumi E.-nın müstəqil bölməsi,
yaxud nəzəri və tətbiqi E.-ya bölünür. Bir tədris fənni kimi E. 4 əsas
bölməyə ayrılır: 1) autekologiya və ya faktorlar E.-sı (ekoloji faktorlar
haqqında təlim); 2) populyasiya E.-sı yaxud demekologiya ; 3) ekosis-
tem və qruplaşma E.-sı yaxud biosenologiya (biogeosenologiya); 4) Bi-
osfer haqqında təlim. Hazırda bir çox ölkələrdə, o cümlədən
Azərbaycanda universitetlərin və pedaqoji institutların coğrafiya-
biologiya, biologiya-təbiətşünaslıq, biokimya, coğrafiya, təbiətşünaslıq
və b. fakültələrində E. bir normativ (vacib) fənn kimi tədris olunur.
– Akvatik ekologiya – su orqanizmlərinin ekologiyası. Termin F.-di
Kastriyə (1981) məxsusdur.
– Analitik ekologiya – Ekologiyanın orqanizmlər və onların
populyasiyalarının təbii mühitlə əlaqəsini öyrənən bölməsi.
– Bitki ekologiyası – ekologiya elminin bitki orqanizmlərinin bir-
birilə və olduğu yerin mühiti ilə olan əlaqəsini və təsirini öyrənən
sahəsi.
– Kənd təsərrüfatı ekologiyası – bax: aqroekologiya.
– Qidalanma ekologiyası – bax: Trofekologiya.
– Dinamiki (ekolyusion-dinamiki) ekologiya – orqanizmlər və
onların qruplarının (populyasiyalarının) dinamik – təkamül planında
yaşadığı mühitlə əlaqəsini öyrənən elm sahəsi.
– Təkamül ekologiya – biologiyanın bir sahəsi olub təkamülün eko-
loji aspektlərini tədqiq edir.
– Ekzobiologiya – Yerdən kənar həyat formalarının axtarışına və
tədqiqinə həsr olunmuş eksperimental elm sahəsi. E.-nın əsas
problemləri: ətraf mühitin ekstremal şəraitində quruda yaşayan
orqanizmlərin sağ qalma mexanizmlərinin hüdudlarını müəyyən etmək
119
və öyrənməkdən; ən mühüm bioüzvi birləşmələrin abiogen sintezi
yollarını və ilkin bioloji təkamül mərhələlərini aydınlaşdırmaqdan; av-
tomatik bioloji laboratoriyaların köməyi ilə başqa planetlərdə həyatın
aşkar edilməsinin avtomatik üsullarını işləyib hazırlamaq və həyat
meyarını müəyyənləşdirməkdən ibarətdir.
– Ekoloji biokimya – kimyəvi ekologiya, fitokimyəvi ekologiya –
bitki və heyvanların qarşılıqlı ələqələrinin biokimyəvi əsasları
istiqamətində tədqiqatlar aparan elm sahəsi.
– Ekoloji energetika – 1) ekologiyanın energetika proseslərinin
(termodinamik qanunlar, energetik piramida, lindeman qanunu və s.)
öyrənən bir bölməsi. 2) ətraf mühit üçün təhlükəsi olmayan (onu
çirkləndirməyən) energetika (enerjinin alternativ mənbəyi), məs. hirdo-
helio və külək elektrik stansiyası, dənizin qabarma və çəkilməsinin geo-
termik enerjisi, dəniz suyunun temperatur qradiyenti, istilik nüvə enerji-
si və s.-dən istifadə.
– Elektroekologiya – canlı təbiətdə elektrik əlaqələri haqqında elm.
– Ekopedologiya, edafoekologiya – ekologiya və torpaqşünaslıq
ayrıcında (qovuşuğunda) kompleks elmi fənn. Torpağın abiotik
(rütubətliyi, mexaniki-kimyəvi, qaz tərkibi, turşuluğu, temp-ru və s.) və
biotik komponentləri arasında qarşılıqlı əlaqəsini öyrənir. Termini
K.D.Kirise (1974) təklif emişdir.
– Ekotoksikologiya, ekoloji toksikologiya – ekosistemin tərkibinə
daxil olan canlı orqanizmlərə, əsasən populyasiya və biosenozlara
kimyəvi maddələrin toksik effekti ilə bağlı elmi və praktiki fənn. Zərərli
maddələrin ətraf mühitə daxil olan mənbəyini, onların yayılmasını və
ətraf mühitdə çevrilmələrini öyrənir. E.-nın əsas bioloji obyekti insan
sayılır. E. insan ekologiyasının mühüm problemini – ətraf mühitdə
mövcud olan zərərli maddələrin ziyanından insan sağlamlığını qorumağı
həll etməkdir.
– Ekotopologiya – yer qabığının strukturu, funksiyası, elementar va-
hidinin təkamülü haqqında kompleks elm (ekologiya və fiziki coğrafiya
qovuşuğunda). E. konsepsiyasını V.B. Soçava (1968, 1972) işləmişdir.
– Eksperimental ekologiya – İnsanın bilavasitə müdaxiləsi ilə
istifadə olunan metodların köməyi ilə aparılan tədqiqatlar vasitəsilə təbii
və mədəni ekosistemlərin, onların fraqmentlərinin, populyasiyalarının
həyatını öyrənir. Bu obyektlərin bəziləri laboratoriya şəraitində model
metodları ilə tədqiq olunur.
– Epeyrologiya – Yer (quru) ekosistemlərinin ekologiyası.
– Etnik ekologiya – insan ekologiyası ilə etnoqrafiyanın
qovuşuğunda yaranan elmi fənn. Etnik qruplaşmaların ətraf təbii
120
mühitlə qarşılıqlı təsirini öyrənir. E.e.-nın nəzəri əsasları V.İ.Kozlov
(183) tərfindən işlənmişdir.
– İnsan ekologiyası – ekologiyanın insanın ətraf mühitlə qarşılıqlı
əlaqəsini öyrənən kompleks elm sahəsi (sosial ekologiyanın bir hissəsi).
O, əhalinin inkişaf məsələlərini, onun qorunması və sağlamlığını, bios-
ferin və onun ayrı-ayrı hissələrinin antroposistemlə qarşılıqlı əlaqəsini,
həmçinin ətraf mühitin müxtəlif faktorlarının insan orqanizminə təsirini
öyrənir. İ.e.-nın mühüm vəzifəsi insanın sosial fəaliyyətinin elmi-texniki
inkişaf şəraitində müxtəlif coğrafi regionların istehsal-iqtisadi
qanunauyğunluqlarını məqsədli mənimsənilməsini və dəyişdirilməsini
(islahat) aşkar etmək, həmçinin belə şəraitdə əhalinin qorunması və
sağlamlığının yaxşılaşdırılması üzrə təbii qanunauyğunluqları
öyrənməkdir.
– Kimya ekologiyası – canlı təbiətdə kimyəvi əlaqələrin kompleks
elm sahəsi.
– Kosmik ekologiya – kosmik biologiya və fiziologiya-ekologiyanın
bölməsi, kosmik gəmi və stansiyanın praktiki olaraq tam qapalı
mikroekosistemlərində insanın və digər orqanizmlərin həyat fəaliyyətini
tədqiq edir, uzunmüddətli (planetlər arası) uçuşlarda həyatı təmin etmək
sistemini və mühitin tam regenerasiyalı şəraitini yaratmaq imkanını
(qismən su və qazların regenerasiyası) işləyib hazırlamağı öyrənir.
– Geokimyəvi ekologiya – ekologiyanın orqanizmlər və onların
qruplarının geokimyəvi mühitlə əlaqəsini, həmçinin orqanizmlər və
onların qruplarının özlərinin ekosistem şəraitində geokimyəvi əlaqəsini
öyrənən bölməsi.
– Mədəniyyət ekologiyası – sosioloji ekologiyanın bölməsi;
bəşəriyyətin öz tarixi boyu yaratdığı mədəni və təbii mühitin müxtəlif
elementlərinin saxlanması və bərpası yollarını öyrənir (memarlıq, land-
şaft abidələri və b.).
– Populyasiya ekologiyası – Ekologiyanın bir bölməsi;
populyasiyanı növün sadə mövcudluq forması kimi öyrənir. Əsasən,
populyasiyanın struktur və dinamikasını, heyvan populyasiyasının
cinsiyyət və yaş tərkibini tədqiq edir. P.e. həmçinin populyasiyanın eto-
loji strukturunu öyrənir, bu isə P.e.-nın quruluş xarakterini ifadə edir;
ərazidən və onun ehtiyatlarından istifadəni, qarşılıqlı köməyi,
düşməndən və əlverişsiz şəraitdən müdafiəni və çoxalmanı təmin edən
fərd birliyindən (heyvanlarda ailə, sürü, mikroorqanizm və ibtidai
bitkilər koloniyası, ali bitkilərdə ağac və qruplaşmalar və s.) ibarətdir.
Populyasiyanın etoloji strukturunun formalaşması heyvanlarda məlumat
ötürmə əsasında (kimyəvi, akustik, optik, mexaniki, elektromaqnit və s.
121
siqnalların köməyi ilə) gedir. Bu siqnallar reseptorlar vasitəsilə dərk edi-
lir və orqanizmlərin metabolizminə və davranışına təsir göstərir. Popu-
lyasiya uyğunlaşmasının mühüm xüsusiyyəti mühit şəraitinin dəyişmə
diapozonunu (populyasiyanın dözümlüyünü) genişləndirən genetik po-
limorfizmdir.
– Sitekologiya – sitologiya və ekologiya elm sahələri qovuşuğunda
elm sahəsi. Xarici (ekoloji) amillərin canlı orqanizmdə hüceyrələrin
funksiyasına təsirini öyrənir.
– Sosioloji ekologiya – Biosfer ekosistemində insan cəmiyyətinin
səmərəli fəaliyyətinin əsasları haqqında hələ tam formalaşmamış elm.
İnsan fəaliyyətinin və texnologiyanın təsirinin artmasilə əlaqədar S.e.-
nın əhəmiyyəti böyükdür.
– Tarixi ekologiya – ekologiyanın müxtəlif təbii sistemlərin,
insanların onlara təsir etdiyi zaman ərzində tədqiqi ilə məşğul olan
sahəsi.
– Tətbiqi ekologiya – Biosferin insan tərəfindən dağılması mex-
anizminin və bu prosesin qarşısının alınması üsullarının öyrənilməsi,
həyat mühitini deqradasiyaya uğratmadan təbii resurslardan səmərəli
istifadə edilməsi prinsiplərinin hazırlanması. T.e. ekoloji təkliflərin,
xüsusilə ətraf mühitin təmizlənməsinin, səhralaşma prosesi ilə
mübarizənin, torpağın rekultavisiyasının, iri sənaye müəssisələrinin
layihələşdirilməsinin bilavasitə həyata keçirilməsi ilə məşğul olur. T.e.
ekologiya və təbiiətdən istifadə qanunları, qaydaları və prinsiplərinə
əsaslanır.
– Ümumi ekologiya – Bitki və heyvanat aləminə xarakterik olan or-
qanizm və mühit arasındakı ümumi qanunauyğunluqları öyrənən elm
sahəsi (bir bioloji varlıq kimi insan da daxil olmaqla).
– Fizioloji ekologiya – ekologiyanın bölməsi; orqanizmin (fərdlərin)
adaptasiyası və uyğunlaşma dəyişkənliyi əsasında müəyyən dəyişilmə
qanunauyğunluqlarını öyrənir.
– Heyvan ekologiyası – ekologiyanın heyvanların həyat şəraitinin
onların yaşadığı şəraitlə əlaqəsini, həmçinin heyvan orqanizmin əsas
fəaliyyətində (qidalanma, çoxalma, yaşayış, sayının dəyişməsi və s.)
mühit amillərinin rolunu öyrənən sahəsi.
Dostları ilə paylaş: |