EKOLOJİ ARXİTEKTURA
– arxitektura və
şəhər
planlaşdırılmasında yeni istiqamət olub şəhər əhalisinin ekoloji və so-
sial-iqtisadi tələbatı maksimum nəzərə alınır. E.a.-nın vəzifəsi ayrı-ayrı
binaların və yaşayış massivlərinin salınması təbii əraziyə uyğun aparılır,
bu zaman tikinti zamanı tikinti materiallarının kyfiyyəti və insan üçün
təhlükəsizlik dərəcəsi nəzərə alınır.
EKOLOJİ BALANS – bax: ekoloji müvazinət: ekosistemin
məhsuldarlığı ilə onun çıxarı (itkisi) arasında stabillik olması.
EKOLOJİ BİRLİK – bioloji növlərin əsas xarakteristikası
(kriteriyası) hər bir növün ümumi ekoloji şəraitinin olmasıdır. Növün
ayrı-ayrı fərdlərdən (populyasiya) ibarət olmasına baxmayaraq, o, həmin
mühitdə yaşayan digər növlərə bütöv (tam) qarşılıqlı təsir göstərir.
EKOLOJİ BÖHRAN – təbii fəlakətli hadisələr (məs. daşqın, sel,
vulkan püskürməsi, quraqlıq, tufan, zəlzələ, meşə yanğını və s.) və ya
antropogen faktorların təsiri, insan tərəfindən atmosferin, hidrosferin,
torpağın çirklənməsi, təbii ekosistemin, təbii komplekslərin dağılması,
meşə yanğını, meşənin qırılması və s.) nəticəsində ekoloji sistemlərdə
(biogeosenozlarda) müvazinətin pozulması vəziyyəti.
Dostları ilə paylaş: |