EKOLOJİ FƏLAKƏT – insanların həyat fəaliyyəti şəraiti və təbii
ətraf mühitin dönməz dəyişiklikləri ilə səciyyələnən fövqəladə ekoloji
vəziyyət.
EKOLOJİ GÖSTƏRİCİLƏR – ekosistem və onun elementlərinin,
mühitin elementləri (su, torpaq, hava və s.) daxil olmaqla vəziyyətini
səciyyələndirən göstəricilər.
EKOLOJİ HESABLAMA SƏHVİ – ətraf mühitin antropogen
dəyişməsinin qabaqcadan görünməyən zərərli nəticələri; planlaşdırılan
faydanın yoxa çıxmasına səbəb olur və ya həll olunan problemdən artıq
problem yaradır.
EKOLOJİ XƏRİTƏLƏŞDİRMƏ – ekologiyanın tədricən inkişaf
edən sahəsi. Hazırki dövrə qədər geobotaniki və torpaq
xəritələşdirilməsi üstünlük təşkil edir. 70-80-ci illərdə orta miqyaslı fi-
toekoloji xəritələr də buraxılmışdır (əsasən Fransada). Belə xəritələrdə
bitki və torpaq örtüyü, bitki örtüyünün vəziyyəti, aqrosenozlarda alaq
otlarının kompleksi ətraflı göstərilir, kəsiklərlə həmçinin bioiqlim və
geoloji xəritəsxemlər də verilir. Belə xəritələrə geniş izahedici mətnlər
əlavə olunur.
Dostları ilə paylaş: |