QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə264/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   260   261   262   263   264   265   266   267   ...   1096
EKOLOJİ  İMMUNİTET  – fərdlərin sıxlığından asılı olaraq 

populyasiyanın virus, bakteriya xəstəliklərinə  və parazitlərə qarşı 

davamlığı. Sıxlıq çox olduqca E.İ. azalır. 

EKOLOJİ  İNDİQATORLAR, EKOİNDİQATORLAR  – ekoloji 

rejimi qiymətləndirməyə imkan verən təbii  ərazi kompleksinin 

komponentləri və elementləri. Aşağıdakı E.İ. ayırd edilir: topoindiqator-

lar (qiymət relyefə görə verilir), litoekoindiqatorlar (dördüncü dövr 

çöküntüləri və onun altdakı dağ süxuruna görə), pedoekoindiaqtor 

(torpağa görə), fitoekoindiqatorlar (bitkiyə görə), zooekoindiqatorlar 

(heyvanat aləminə görə), antropoindiqatorlar (insan fəaliyyətinin izləri 

və torpaqdan istifadə xarakterinə görə), morfoekoindiqatorlar (təbii ərazi 

kompleksinin morfoloji strukturuna əsasən), krioindiqatorlar (su 

hövzəsinin buz rejiminə  əsasən), hiqroindiqatorlar (səthi rütubətliyin 

paylanması  və dinamikasına görə), xionoindiqatorlar (qar örtüyünün 

paylanması və dinamikası), termoindiqatorlar (Yerin və suyun tempera-

turunun paylanması, onların termal rejimi) və b. E.İ.-la ekoloji rejimin 

qiymətləndirilməsi metodu ekoloji indiqasiya adlanır. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   260   261   262   263   264   265   266   267   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin