EKOLOJİ KOMPONENTLƏR (biogeosenozun) – cansız (abi-
otik) komponentlər (qeyri-üzvi maddələr, üzvi birləşmələr, iqlim) və
canlı (biotik) komponentlər (produsentlər, konsumentlər və redusentlər).
EKOLOJİ KOMPONENTLƏRİN BALANSI – ekosistemin sabit
davamlı müvazinətini (tarazlığını) təmin edən ekoloji komponentlərin
kəmiyyət nisbəti.
EKOLOJİ QƏZA – sənaye obyektləri tərəfindən insan və başqa
canlı orqanizmlər üçün təhlükəli sayılan çirkləndirici maddələrin
(kimyəvi, radioaktiv və s.) ətraf mühitə həddindən artıq atılması.
EKOLOJİ QIŞLAMA – orqanizmlərin (əsasən insanın) daimi qarla
örtülü şəraitdə, həmçinin güclü şaxtalarda yaşaması ilə əlaqədar
məsələlərin öyrənilməsi.
EKOLOJİ QİYMƏT – insan fəaliyyəti (xüsusən təsərrüfatsızlığı)
nəticəsində təbiətə və ətraf mühitə dəyən ziyanın qiyməti.
EKOLOJİ MAKSİMUM – müəyyən ekoloji faktora görə orqaniz-
min tolerantlığının yuxarı həddi.
Dostları ilə paylaş: |