edilməsi nəticəsində baş verən ekoloji və iqtisadi ziyanlar. Məsələn,
126
Xəzər dənizinə çirkab sularının axıdılması, dənizdən ekoloji cəhətdən
əsaslanmamış yolla neftin çıxarılması bütün canlıların, o cümlədən
balıqların məhv olmasına səbəb olur.
EKOLOJİ MÜXTƏLİFLİK – fərdlərin sayının növlərin sayına
nisbəti.
EKOLOJİ OPTİMALLAŞDIRMA – ekoloji komponentləri və
ərazisini (ekosistemin) əlverişli uyğun vəziyyətə salmaqla ən rasional
ekoloji tarazlığa nail olmaq.
EKOLOJİ OPTİMUM – 1) növün ən yaxşı həyatilik şəraiti (çox-
alma qabiliyyəti, abiotik faktorlara uyğunlaşması); 2) Bir qrupun (bitki)
digər qrupa nisbətən üstünlük şəraiti.
Dostları ilə paylaş: