EKOLOJİ TƏDQİQAT – orqanizmlər və onların qruplaşmalarının
ətraf biotik və abiotik mühitlə qarşılıqlı əlaqəsinin öyrənilməsi.
EKOLOJİ TƏDQİQAT METODLARI:
– Rastlaşma (qarşılaşma) metodu – biosenozda növ fərdlərinin
tapılması (rast gəlinməsi) tezliyinin təyin olunması. Çoxlu miqdarda
təsadüfi təcrübə sahələrində (0,01-1m
2
) növlərin hesaba alınması.
– Dama (kletka) metodu – mal-qara otarılan otlaqlarda
məhsuldarlığın təyini. Bu, bir-birinə ağac və ya metalla bərkidilmiş və
üzərində torlar çəkilmiş çərçivələrlə müvəqqəti və ya daimi kiçik
sahələrin çəpərlənməsi ilə yerinə yetirilir. Məhsuldarlığın (ot)
129
hesablanması həm otlaqda, həm də damalarda (kletkalarda) aparılır.
– Klinsekt metodu – yerüstü fitokütlənin quruluşu, kütləsi və
həmçinin, yarpaqlarının səthinin, ən çox rast gəlinən populyasiyaların
sayının, növlərinin rastlaşma dərəcəsinin xüsusi çərçivənin (Bıkov,
1970) köməyi ilə maili (45
°) səthdə (Klinsektdə) ölçmə, kəsişmə yolu
ilə öyrənilməsi.
– Tipik sahə (“açar”, test sahəsi) seçmə metodu – hər hansı bir
ərazidə xüsusi seçilmiş tipik (açar) sahədə bitki örtüyünün
xüsusiyyətlərinin tədqiq olunması, adətən belə sahələr xəritələşdirilir.
– Xətti kəsişmə metodu – dartılmış ip və ya məftil boyu düz xətt
üzrə müntəzəm (ardıcıl) ölçmə işi apararaq bitkilərin və onların proyek-
tiv örtmə dərəcəsinin təyini.
– Nişanlanmış atomlar metodu – Ekologiyada və geobotanikada
qruplaşmaların quruluşunun tədqiqi üçün istifadə olunur: kök sisteminin
yerləşməsi, ayrı-ayrı klonların yerləşməsi, alaqlarla mübarizədə
fitofaqların axtarılması, fitokütlənin hesablanması və s. tədqiqatlarda bu
metoddan istifadə edilir.
– Vegetasiya qabları metodu – ciddi nəzarət altında torpaq və su
şəraitində (borulu metal və ya şüşə qablarda) bitkinin yetişdirilməsi.
– Geobotaniki stasionar tədqiqat metodları – Eyni nöqtələrdə
bitki örtüyünün eyni əlamətlərinin hesablanması dəfələrlə təkrar olunma
yolu ilə aparılır. Stasionar tədqiqatlar vaxtına görə müxtəlif ola bilər (bir
neçə gündən 10 illərə qədər). Bu tədqiqatlar bitkilər üzərində vizual
müşahidələr aparmaqla və ya bir sıra mürəkkəb cihazlarla yerinə yetiri-
lir.
– Goebotaniki marşrut tədqiqat metodu – Marşrut yolu ilə
tədqiqat bir dəfə yerinə yetirilir. Marşrut tədqiqatlar müxtəlif miqyasda
(kiçik sahəni və geniş əyaləti əhatə edə bilər) və müxtəlif dəqiqliklə
aparıla bilər. Bu zaman tədqiqat bitki qruplaşmasında növün roluna vi-
zual qiymət vermək yolu ilə və ya dəqiq metodlarla aparılır. Marşrut
tədqiqatı vaxtı xüsusi cihazlarla mühit şəraitini və bitkinin vəziyyətinin
ekoloji-fizioloji parametrlərini bir dəfə və ya qısa müddət ərzində
ölçülməsi işi də aparıla bilər. Marşrut tədqiqatları nəticəsində bitki
örtüyünün təsnifatı, geobotaniki indiqasiya, geobotaniki xəritələşdirmə,
fitosenozların quruluşunun təsviri və s. haqqında məlumatlar toplana
bilər.
– Geobotaniki eksperimental tədqiqat metodları – Müşahidə
aparılan bitki örtüyü və mühitə aktiv təsir göstərmək yolu ilə yerinə ye-
tirilir. Eksperimental tədqiqatlar sırasında gübrələrin və digər mühit
amillərinin bitki örtüyünə təsirini öyrənmək, süni fitosenozlar yaratmaq,
130
təbii bitki qruplaşmasına yeni komponentlər daxil etmək (və ya kənar
etmək), rəqabəti zəiflətmək məqsədilə ağacların köklərini kəsmək və s.
daxildir. Eksperimental metodlara həmçinin metodiki eksperimental və
fitosenotik sistemlərin modelləşdirməsini də aid etmək olar.
– Model metodu (ekologiyada) – populyasiya, biogeosenoz, biose-
nozun seçilmiş tipik nümunələrində öyrənilməsi. Model olaraq ayrıca
fərd (model ağacı), populyasiya, onun qrupu, biosenoz və ya onun
ayrıca (model) sahəsi, butünlüklə biogeosenoz (ekosistem) götürülə
bilər. Bioloji modelləri laboratoriyada süni yetişdirilən canlı
orqanizmlərlə də yaratmaq olar. Bir çox hadisələr riyazi modellərlə,
yəni təbiətdə tapılan proseslər və qanunauyğunluqlar düsturlar sistemi-
nin köməyi ilə də tədqiq edilir.
– Ovlama metodu – müxtəlif tələlərlə ovlama yolu ilə heyvanların
sayını müəyyənləşdirmək. Bəzən ovlama bir neçə müddətdə
aparıldıqdan sonra heyvanların sayı müəyyənləşdirilir.
– Plansekt metodu – Bitki örtüyünün yerüstü və yeraltı yaruslarının
və biohorizontların qatlarının quruluşu, onların sıxlığı və biokütləsinin
öyrənilməsi horizontal (hava və torpaq) həcmə görə – plansektlərlə
yerinə yetirilir. Proyeksiyaların cəminə əsasən ümumi (yerüstü və
yeraltı) örtmə dərəcəsi (sıxlıq) təyin olunur. Bu metod əlverişli və əyani
olub yaxşı müqayisəli nəticələr verir.
– Ardıcıllıq (sıralar) metodu – rastlaşma (qarşılaşma) metodunun
təkmilləşdirilmişi olub onun köməyi ilə növün dominantlığının
rastlaşma dərəcəsi nəzərə alınır. Bu zaman kiçik sahələrdən istifadə edi-
lir, müəyyən növün rastlaşması (%-lə, RF) həmçinin onun sahədə
fitokütləyə görə (və ya örtmə dərəcəsinə görə – DF) dominantlıq
etməklə rastlaşması qeydə alınır. Sonra dominantlıq ardıcıllığı (sırası)
təyin olunur: D=100. Hər bir sahə üçün ardıcıllıq təyin edildikdə
dominantlıq edən növlər müəyyənləşdirilir (fitosenozda), bununla da
bitki qruplaşmasının ümumi məhsuldarlığından onun müxtəlif
qiymətlərinin sıxlıq dərəcəsi təyin olunur. Beləliklə, bu metod ən
məhsuldar növlərin ardıcıllığını tədqiq etməyə imkan yaradır.
– Torpaq modeli və monoliti metodu – torpaq kəsimindən struktu-
ru pozulmamış şəkildə düzbucaqlı (şaquli) paralepiped formalı torpağın
kəsilib götürülməsi və onun laboratoriyada tədqiq edilməsi.
– Torpaq profili metodu – torpağın açılmış profilində (xəndəkdə)
tədqiq edilməsi. Bu zaman torpaq genetik qatlara ayrılır və təsvir olunur,
hər qatdan laboratoriyada analiz etmək üçün nümunələr götürülür.
– Ölçü metodu – fitosenozda bitkinin rastlaşma və paylanmasını
öyrənən üsul. Bir neçə modifikasiyası vardır. Onlardan əsasları
131
aşağıdakılardır: A-bir-birinə yaxın yerləşən iki bitkinin arasındakı
məsafə ölçülür, bu bitkilərdən biri həmişə təsadüfi seçilir, digəri isə on-
dan 180
° bucaqdan kənarda qalmalıdır (təsadüfi seçilən cüt bitki meto-
du). B-həmçinin, lakin məsafələr yaxınlıqdakı dörd bitkiyə qədər
ölçülür, hər bitki ayrı kvadratda yerləşir (kvadrantlar kompasla müəyyən
edilir); C-həmçinin təsadüfi seçilən nöqtədən (mərkəz qəbul edilən
nöqtə); Ç-1 kvadrantda (təsadüfi seçilən nöqtədən yaxınlıqdakı bitkiyə
qədər məsafə ölçülür) Yenə də 1 kvadrantda) və i.a. (azan nöqtələr me-
todu). Əldə edilən rəqəmlər riyazi hesablanır. Bir növdən olan bitkilərin
orta məsafəsinə görə yalnız onun yayılma xarakterini deyil, həm də va-
hid sahədə fərdlərin sayını (miqdarını) müəyyənləşdirmək olar.
– Qazıntı (qazma) metodu – torpaqda yaşayan və adi gözlə yaxşı
seçilən (görünən) onurğasız heyvanların uçota alınması üsulu.
– Başdan-başa hesablama metodu – biosenozun böyük bir sahədə
tərkibi, quruluşu və məhsuldarlığının tədqiq olunması. Əsasən meşə
biosenologiyasında tətbiq olunur.
– Transekt metodu – bitki qruplaşmasını, onun kompleksini və
sərhədini transektin – uzun düzbucaqlı sahələrin (məs: 1x250 və ya 0,1-
100 m) köməyi ilə öyrənilməsi. Belə sahələrdə bitkinin sayı, yerləşməsi,
proyektiv örtüyü, populyasiyanın məhsuldarlığı, bioloji kütləsi və hər
senozun sərhədində bu parametrlərin dəyişilməsi tədqiq edilir. Bəzən
transektlər bir-birindən aralı yerləşdirilir.
– Biçmə metodu (bitkini) – ot və ya yarımkol bitki qruplaşmasının
məhsuldarlığının təyin edilməsi. Statistik yolla təyin olunması üçün
lazım olan təkrarda qoyulmuş təcrübə sahələrində ot örtüyü biçilir,
təsnifata ayrılır və orta bioloji kütlə hesablanır.
– Fitometr metodu – kompleks bitmə şəraiti amillərinin bitki və ya
bitki qruplaşmasının köməyi ilə (böyüməsi ilə) öyrənilməsi. Bu zaman
bitki digər yerdə və ya vegetativ qablarda basdırılır, yaxud fitosenozun
kiçicik sahəsi (çox vaxt bitki örtüyü çim və torpaqla qarışıq) digər eko-
top şəraitində köçürülür.
– Ekoloji cərgələr (sıralar) metodu – dar uzun transektlərdə (bəzən
bir neçə kilometr uzunluğunda) bitki qruplaşmasının mühit qradiyentləri
üzrə tədricən dəyişilməsi öyrənilir və ya müxtəlif növlərin fərdlərinin
miqdarının dəyişilməsi və yerləşmə xarakteri tədqiq edilir: bitmə
şəraitinin hər hansı bir qradiyentinin (torpağın mexaniki və kimyəvi
tərkibi, xüsusən onun duzluluğu, humusluluq dərəcəsi, rütubətliyi,
həmçinin dəniz səthindən hündürlük) dəyişilməsi ilə əlaqədar
fitosenozların dəyişilməsi öyrənilir.
– Bitki mühafizə metodları – aşağıdakı metodlardan istifadə olunur:
132
– bioloji metodlar-ziyanverici və xəstəlik törədiciləri, həmçinin alaq
otlarını təmizləyən (yaxud məhv edən) bioloji nizamlayıcılardan istifadə
edilir. Bu məqsədlə digər orqanizmlərdən (entomofaqlardan,
antoqonistlərdən, xəstəlik törədənlərdən) və ya onların hasil etdiyi bi-
oloji aktiv maddələrdən (antibiotiklər, hormonlar, attraktantlar) istifadə
olunur:
– genetik metodlar – ziyanverici növlərin trofik xassələrinin süni
seçmə yolu ilə dəyişdirilməsi və ya onların erkəklərinin
dölsüzləşdirilməsi;
– kimyəvi metodlar – ziyanlı orqanizmlərə qarşı toksik (zəhərli)
maddələrdən müxtəlif kimyəvi tərkibli pestisid və gerbisidlərdən
istifadə olunması. Bu metoddan istifadə edildikdə ətraf mühitin
çirklənməsi müşahidə olunur, odur ki, ona ciddi nəzarət olunmalıdır;
– aqrotexniki metodlar – məsələn, becərilən bitkinin sayının
optimallaşdırılması, toxumun təmizlənməsi və s.
– inteqral metodlar – bütün mübarizə arsenalından istifadə
olunması: yırtıcı və parazitlərin, həmçinin, ziyanvericilərin özlərində
xəstəlik törədən virus və bakteriyaların tətbiqi, toxumaların kimyəvi və
radiasiya sterilizasiyası, feromonların, az davamlı kimyəvi
insektisidlərin (üzvi və bitki mənşəli fosfor), həmçinin davamlı
bitkilərin seleksiyası, müxtəlif səpin dövriyyəsi, gətirilən
ziyanvericilərin karantininin tətbiqi.
– Heyvanların qidasının tərkibini öyrənmə metodu – bu məqsədlə
birbaşa müşahidə, heyvanların mədələrini yoxlamaqla, nişanlanmış
atomlar metodu və seroloji metoddan istifadə olunur.
– Təcrübə sahəsi metodu – biosenozun miqdarı, rastlaşma dərəcəsi,
yerləşməsi, proyektiv örtüyü, boyu, bitki və heyvanat aləminin kütləsi
bir neçə çoxlu təsadüfi və ya müəyyən sistemlə qoyulmuş təcrübə
sahələrində tədqiq edilir. Təcrübə sahələri əvvəlcədən müəyyən edilmiş
formada (kvadrat, düzbucaqlı, dairəvi) və böyüklükdə (1 dm
2
-dan 100
m
2
-a qədər) ola bilər.
– Bitki örtüyü dinamikasının öyrənilməsi metodları – Bilavasitəli
və vasitəli metodlara bölünür.
Dostları ilə paylaş: |