EKOLOJİ SUKSESSİYA – Bax: Suksessiya
EKOLOJİ TARAZLIQ – (təbiətdə) hər hansı təbii qruplaşmasında
canlı orqanizmlərin növ tərkibinin, onun sayının, məhsuldarlığının,
sahədə paylanmasının, həmçinin mövsümü dəyişməsinin, biotik
maddələr mübadiləsinin və digər bioloji proseslərin nisbi davamlığı.
Müəyyən ekosistem üçün xas olan mühit şəraitinin dəyişməsi E.t.-ı
pozur, bir növün azalmasına, digərinin isə artmasına səbəb olur. Bunun-
la yanaşı orqanizmlərin təbii qruplaşmaları müxtəlif zədəverici
təzyiqlərə qarşı davam gətirmək qabiliyyətinə malik olub normal şərait
bərpa olunarkən öz ilkin vəziyyətinə qayıdırlar, yəni müəyyən
davamlılığa malikdirlər.
Çox vaxt E.t.-ın pozulması dedikdə atmosferin qaz tərkibinin və hi-
droloji rejimin kəskin dəyişməsi, ətraf mühitin qlobal çirklənməsi başa
düşülür. E.t.-ın mürəkkəb və bir-birilə bağlı mexanizmlərini bilmədən
təbiətdən səmərəli istifadə etmək, hər hansı bir təsərrüfat fəaliyyətini və
təbii mühiti həyat üçün yararlı halda saxlamağı proqnozlaşdırmaq
mümkün deyildir.
E.t.-ı saxlamaq aktuallığı ekosistemlərin bərpa oluna bilməyən
pozulmasına təsir göstərən vasitələrin yarandığı dövrdə, yəni 20-ci əsrin
2-ci yarısında artdı.
Dostları ilə paylaş: |