QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə278/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   274   275   276   277   278   279   280   281   ...   1096
Bilavasitəli metodlar: daimi kvadratlarda aparılan müşahidələr, 

müxtəlif illərdə  çəkilən geobotaniki xəritələrin və aerofotoşəkillərin 

müqayisəsi, arxiv materiallarının öyrənilməsi, spor-toz analizi, qazıntı 

qalıqlarının öyrənilməsi; 



Vasitəli (dolayı) metodlar: fitosenotik reliktlər və inisial növlər me-

todu, populyasiyanın yaş  tərkibinin öyrənilməsi, kəsilmş  ağacın 

oduncağının artım gedişinin öyrənilməsi, torpaq profilinin öyrənilməsi, 



 

133 


 

mikrorelyefdə reliktlik hadisəsinin öyrənilməsi, riyazi modelləşdirmə, 

vasitəli metodun əsas hissəsini təşkil edir. Vasitəli metodların  əlverişli 

olmasına baxmayaraq onlar bilavasitəli metodlara nisbətən az 

məlumatlıdır. Həm bilavasitəli, həm də vasitəli metodlar bitki örtüyünün 

suksessiya mərhələlərinin təsnifatına əsaslanır. 

–  Bitki örtüyünün təsnifatı metodları: – bax bitki örtüyünün 

təsnifatı. 

–  Bitki örtüyünün torpaqaltı hissəsini öyrənmə metodları  – kök 

sisteminin biokütləsinin keyfiyyətcə uçotu və torpaqda kökün yayılması 

xarakterinin öyrənilməsi metodları. Bu metodlar olduqca çoxdur, lakin 

təbii və süni bitki örtüyünün öyrənilməsində  ən çox tranşey metodu 

(tranşeyin  şaquli divarında kök sisteminin paylanmasının  şəklini 

çəkmək), horizontal qazma metodu (torpağın üst qatlarını götürmək yo-

lu ilə kök sistemini tədricən açmaq) və monolit metodundan (ayrı-ayrı 

torpaq qatlarında kök sisteminin suda yuyulması) istifadə olunur. 

Həmçinin ən mürəkkəb eksperimental metodlardan da istifadə edilir: 

nişanlanmış atomlar metodu, şüşə divarların yanında hava və su 

mühitində və s. bitkinin becərilməsi. 

–  Dendroxronometrik metod – Suksessiya vaxtlarının ağacların 

yaşına görə təyin edilməsi. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   274   275   276   277   278   279   280   281   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin