EKOSİSTEMİN COĞRAFİ MÜXTƏLİFLİYİ – coğrafi izolya-
siya dərəcəsindən, landşaft-coğrafi zonadan asılı olaraq ekosistemin
müxtəlifliyi.
EKOSİSTEMİN DESTRUKSİYASI – katastrofik və texnogen
amillərin təsirilə ekosistemin quruluşunun, sabitliyinin (stabilliyinin) və
fəaliyyətinin pozulması.
EKOSİSTEMİN EKOLOGİYASI, SİNEKOLOGİYA,
BİOGEOSENOLOGİYA – ekologiyanın bir bölməsi olub bitki, hey-
vanat aləmi və mikroorqanizmlərin populyasiyalarının mürəkkəb birliyi
sayılan ekosistemləri və onların təsiri altında yaranan biosenotik mühiti
tədqiq edir, həmçinin ekosistemlərin səmərəli istifadəsi və mühafizəsini
öyrənir.
Dostları ilə paylaş: |