EKOSİSTEMİN İQTİSADİ EFFEKTİVLİYİ – ekosistemin
biokütləsi məhsulunun daxil olan enerjiyə nisbəti.
EKOSİSTEMİN HOMEOSTAZI – təbii (ekoloji) sistemin dina-
miki tarazlığı.
EKOSİSTEMİN İYERARXİYASI – ekosistemin müxtəlif dərəcəli
sırasının struktur və funksional tibeçiliyi; biogeosenoz – biogeosenoz
kompleksi – landşaft – biom – təbii qurşaq – biocoğrafi vilayət – quru-
nun (okeanın, litosferin) ekosistemi – biosfer.
EKOSİSTEMİN
İNTEQRASİALLIĞI
– biotosenogenez
prosesində ekosistemin müxtəlif hissələrinin qaydaya salınmış, qarşılıqlı
bağlı funksional birliyi. Termini B.A.Bıkov (1983) irəli sürmüşdür.
EKOSİSTEMİN QƏBULETMƏ MÜMKÜNLÜYÜ – ekosistem
üçün yeni olan növü qəbuletmə qabiliyyəti.
EKOSİSTEMİN KOMPONENTLƏRİ – ekosistemin (biogeose-
nozun) fəaliyyətini təmin edən əsas tərkib hissələri. E.k. abiotik (qeyri
üzvi maddələr olub ekosistemdə maddələr dövranını yaradır. C, O
2
, N,
H
2
O, CO
2
və s., həmçinin iqlim rejimi) və biotik olur. Biotik amillər
aşağıdakılara bölünür: avtotroflar produsentlər – sadə qeyri üzvi
birləşmələrdən üzvi maddələr yaratmaq qabiliyyətinə malikdir və hete-
rotroflar: mikrokonsumentlər (faqotroflar) – heterotrof orqanizmlər olub
(əsasən heyvanlar) digər orqanizmlərdə və ya üzvi maddənin bir hissəsi
ilə qidalanır: mikrokonsumentlər və ya redusentlər (osmotroflar, sapro-
troflar) – heterotrof orqanizmlər olub (əsasən göbələklər və bakteriyalar)
üzvi birləşmələri parçalayaraq (zülallar, karbohidratlar və s.) bəzi parça-
lanan (çürüyən) ərzaqları udur və qeyri üzvi maddələr yaradır. Bu isə
produsentlərin qidalanması üçün yararlıdır. Heterotrof orqanizmlər həm
də bölünür: biofaqlara (digər canlı orqanizmlərlə qidalanan orqanizmlər)
və saprofaqara (ölü üzvi maddələrlə qidalanan orqanizmlər). Biotik və
abiotik E.k. bir-birilə üzvi maddlərlə bağlı olub biogen E.k-ində birləşir.
Biogen E.k.-ə canlı orqanika (biokütlə adlanır) və ölü orqanika: töküntü
– bitki qruplaşmalarının hər il yerüstü və yeraltı hissələrinin çürüyən
138
hissəsinə deyilir; meşədə torpaq səthində çoxillik toplanan üzvi qalıqlar
meşə döşənəyi adlanır. Ölü üzvi maddələrin birliyinə ölü kütlə deyilir.
Dostları ilə paylaş: |