EKOSİSTEMİN MÜHAFİZƏSİ – ekosistemin bütövlüyünü sax-
lamaq, ekoloji komponentlərin tükənib yoxa çıxmasının və kəskin
dəyişməsinin qarşısını almaq, biosferin ekoloji tarazlığını saxlamaq üzrə
kompleks təbdirlər.
EKOSİSTEMİN SABİTLİYİ (DAVAMLIĞI) – ona göstərilən
təzyiq gücünün reaksiyasına qarşı davamlılıq qabiliyyəti.
EKOSİSTEMİN SƏHRALAŞMASI – quru iqlim şəraiti ərazisində
səmərəsiz və hədsiz istifadə olunması nəticəsində ekosistemin dağılması
(pozulması). Azərbaycan Respublikasının dağətəyi və düzən
rayonlarında səhralaşma prosesi meşələrin müxtəlif tipli şibləklərə,
bedlendlərə, otlaq və əkin yerlərinin isə şorlaşmış sahələrə, bataqlıqlara
(qamışlıqlara) çevrilməsi istiqamətində gedir. Bu proses suvarma
kanalarının təşkili və istifadəsinin düzgün aparılmaması, sistemsiz mal-
qara otarılması, aqrotexniki qaydalara riayət olunmaması, texnikadan
düzgün istifadə edilməməsi, plansız yol şəbəkəsinin salınması
nəticəsində baş verir.
Dostları ilə paylaş: |