EKOSİSTEMLƏRİN COĞRAFİYASI – ekosistemlərin coğrafi
yayılması.
EKOSİSTEMLƏRİN GEOMORFOLOJİ VƏZİYYƏTİ – Quru-
da E.g.v. suayrıcı düzənliklər, ovalıqlar, göl və çay vadiləri, dağ
yamacları və şleyflər hesab olunur.
EKOTİP – populyasiya (növ) daxilində müəyyən mühitə uyğunlaşa
bilən biotiplər qrupu.
EKOTOKSİKANTLAR – Ətraf mühiti çirkləndirən və orada olan
orqanizmlərə zəhərləyici təsir göstərən zərərli kimyəvi maddələr. Ətraf
mühitə daxil olan E.-ın əsas mənbələri bunlardır: zərərli qarışıqlardan
təmizləyici vasitələrdən, tullantısız texnologiyadan lazımi səviyyədə
istifadə olunmayan kimya, metallurgiya, neftemaledici və b. sənaye
sahələri, maye, bərk və qazşəkilli yanacaqlarla işləyən avtomobil, hava,
dəniz və digər nəqliyyatlar; kənd təsərrüfatında bitki zərərvericilərinə,
alaqlara qarşı istifadə olunan kimyəvi mübarizə vasitələri (pestisidlər)
və kimyəvi kübrələr; atmosferə karbon qazı, hidrogen-sulfid, azot-
oksidi, ağır qatranlı məhsullar atan (buraxan) elektroistilik xətləri və
digər güclü elektrik qurğuları.
Dostları ilə paylaş: |