ELEMENTLƏRİN BİOGEN MİQRASİYASI – bitki, heyvan və
mikroorqanizmlərin həyat fəaliyyəti nəticəsində təbiətdə kimyəvi
elementlərin yerdəyişməsi.
ELEMENTLƏRİN KLARKLARI – yer qabığında, hidrosferdə və
atmosferdə kimyəvi elementlərin orta miqdarının qiyməti. E.k. kütlə
vahidi (%, q/t və s.), yaxud atom vahidi (faizlə) ilə ifadə oluna bilər.
Termin A.Y.Fersman tərəfindən irəli sürülmüş və amerika geokimyaçısı
F.U.Klarkın şərəfinə adlandırılmışdır.
ELİT – 1) bitkiçilikdə – yeni sortlar yaratmaq üçün seçilən ən yaxşı
bitkilər; 2) toxumçuluqda – seleksiya və tədqiqat müəssisələrində
yetişdirilmiş yüksək keyfiyyətli saf toxum sortları. 3) Heyvandarlıqda –
müəyyən cinsli heyvan sürüsündə yüksək məhsuldarlığı və sağlamlığı
ilə fərqlənən ən yaxşı heyvanlar.
|