EKVATORİAL İQLİM – rütubətli tropik meşələrin iqlimi – ekva-
tordan hər iki tərəfə bir neçə dərəcə yerləşən qurşaqda çox isti və
rütubətli ovalıq düzənlikləri iqlimi.
EKVATORİAL MEŞƏ – yağışlı tropik meşə variantlarından biri.
Olduqca möhtəşəm ağacların üstünlük təşkil etdiyi keçilməz çox
müxtəlif bitkilərin cəngəlliklərindən ibarət olur. Amazonka, Konqo və
İndoneziyanın bəzi adaları üçün səciyyəvidir.
EKVİVALENTLİK (lat. aeguistas - bərabərlik) – biosenozda
fərdlər arasında nisbətən stabil (sabit) say nisbətini ifadə edən bioseno-
tik göstərici.
EKZOBİOLOGİYA – bax: ekologiya.
EKZODİNAMİK SUKSESSİYALAR, (DƏYİŞİLMƏLƏR) – Se-
nozda xarici amillərin təsirilə (əsasən, stres xarakterli) baş verən
dəyişilmələr: yanğından pirogen, küləyin təsirindən – anemogen, qumun
sovrulmasilə-psammogen, lilləşmədən-aqrilogen, duzlaşmadan və ya
duzsuzlaşmadan-halogen, qar uçqunundan-labinogen, sahənin
subasması və ya qurumasından hidrogen dəyişilmələri baş verir. Termi-
ni V.N.Sukaçov (1928) təklif etmişdir.
Dostları ilə paylaş: |