EKZOGEN PROSESLƏR – xarici proseslər – Yer səthində və li-
tosferin üst hissəsində günəş enerjisi, ağırlıq qüvvəsi və orqanizmlərin
fəaliyyəti nəticəsində yaranan qüvvələrin təsiri ilə gedən proseslər. E.p.-
ə süxurların aşınması, aşınma məhsullarının ağırlıq qüvvəsi, axar su,
buzlaq və küləyin fəaliyyəti ilə yerdəyişməsi, çökmə süxurların və bəzi
faydalı qazıntı yataqlarının əmələ gəlməsi daxildir. Azərbaycanda duz,
maqnitli qum yataqları bu yolla əmələ gəlmişdir.
EKZOGEN RİTMLƏR – ətraf mühit komponentlərinin dövri ola-
raq dəyişməsi (gecə ilə gündüzün, ay fazaları, mövsümlərin dəyişməsi,
qabarma və çəkilmələr və s.).
EKZOMETABOLİTLƏR, EKZOKRİNLƏR – orqanizmlərin
ətraf mühitə ayırdığı maddələr mübadiləsi məhsulları; orqanizmarası və
populyasiyalar daxili əlaqələrdə mühüm rol oynayır.
EKZOSFER – Yerdən çox-çox uzaqda (onun səthindən 800 km-dən
çox təxm. 1600 km-ə qədər) yerləşib, hələ atmosfer qazı müşahidə olu-
nan qat, buradan atomların, əsas etibarilə hidrogen və heliumun kainat
sahələrinə axması gedir.
Dostları ilə paylaş: |