ENDOFİTLƏR VƏ ENDOFİLLƏR – daş süxurlarda (məs, par-
layan yosunlar), bitkilərdə (məs., endomikoriza) və heyvanların
daxilində (endotrof orqanizmlər) yaşayan orqanizmlər.
ENDOGEN PROSESLƏR – Yerin daxili zonalarında gedən geoloji
proseslər (maqmatizm, yer qabığının hərəkəti, vulkan hadisələri,
zəlzələ) E.p.-in ekzogen proseslərdə qarşılıqlı təsiri nəticəsində Yerin
relyefi (dağəmələgəlmə və s.) formalaşır.
ENDOGEN RİTMLƏR – ətraf mühitdən asılı olmayan canlı orqa-
nizmin hüceyrələrinin protoplazmasında gedən ritmik biokimyəvi və
biofiziki energetik proseslər (Y.Aşoffa, 1959). Hüceyrələrin bölünməsi
prosesi, ürəyin işləməsi, tənəffüs, bitki orqanlarının hərəkəti ritmə tabe-
dir.
ENDOKSİLOFAQLAR – bitkinin gövdə və köklərinə daxil olaraq
qidalanan (adətən həşəratlar və onların sürfələri) və ağac-kollara ziyan
verən heyvanlar.
ENDOKSİLOFİTLƏR – ağac gövdəsinin daxilində (oduncağında)
parazitlik edən orqanizmlər (adətən göbələklər).
ENDOLİTOFİLLƏR – daş substratında, malyuskaların qabığında,
xərçəngkimilərin qanında həyat sürməyi üstün tutan orqanizmlər (bəzi
yosunlar).
ENDOSİMBİOZ – partnyorları daim bir-birilə sıx kontaktda olan
simbioz forması.
|