EREMOFİTLƏR – səhrada bitən bitkilər.
ERQAZİOFİTLƏR – yabanılaşmış mədəni bitkilər.
EROZİYA (lat. erosio – yeyilmə) – süxurların və torpağın səth
suları ilə yuyulması, dağılması, axının gücü ilə süxurların mexaniki
parçalanması, süxurların (əhəngdaşı, dilomit və s.) kimyəvi həlli və s.
proseslərin məcmusu. E. səthi və xətti təsir göstərir. Səthi E.-da relyefin
kələ-kötürlüyü hamarlaşır, xətti E.-da isə yarğan, qobu, dərə və s. əmələ
gəlir.
Torpaq E.-sı torpağın münbit qatının su və külək vasitəsi ilə
dağılmasına deyilir. O, normal və sürətli (dağıdıcı) olur. Normal E.
tədricən başlayır və torpağın münbitliyini azaltmır. Sürətli E. insanın
düzgün olmayan təsərrüfat fəaliyyəti: yamaclarda torpağın düzgün
becərilməməsi, mal-qara otarılması və s. nəticəsində əmələ gəlir. E.-nı
yağış, qar, suvarma suları və külək törədir. Səthi, qobu, irriqasiya və
külək E.-na təsadüf edilir. E.-nın təsirindən torpağın münbit qatı yuyu-
lub dağılır, qobular, yarğanlar əmələ gəlir. Torpaq E.-sının qarşısı aqro-
texniki, meşə-meliorasiya, hidrotexniki mübarizə tədbirləri ilə alınır.
|