EVRİTOP ORQANİZMLƏR – ən müxtəlif yerlərdə yaşayan bitki
və heyvan növləri. E.o.-in arealı, adətən çox genişdir. Ən müxtəlif
substratlarda bitən adi şam ağacı, eldar şamı, qamış, sürünən ayrıq,
heyvanlardan adi dağ siçanı, canavar, tülkü və s. E.o-ə aiddir.
EVTROF GÖL – çox dərin olmayan (10-15 m-ə qədər) yüksək
bioloji məhsuldarlığa malik olan düzənlik gölləri. Yayda bu göllərdə
kütləvi şəkildə fitoplankton (qismən göy-yaşıl yosunlar) inkişaf edir,
uyğun olaraq bakterial, zooplankton və balıq da bol olur. E.g.-ün qruntu
lilli olub, suyu az duru, suyun rəngi yaşıldan qonur-yaşıl rəng arasında
dəyişir.
Dostları ilə paylaş: |