EVTROF ORQANİZMLƏR – yalnız qida maddələri ilə zəngin
olan torpaq və su hövzəsi şəraitində normal inkişaf edə bilən
orqanizmlər. Məs. palıd, fıstıq, vələs, göyəm, göyrüş humusla və
mineral qida maddələri ilə zəngin olan torpaqlarda yaxşı bitir.
EVTROF SU HÖVZƏSİ – biogen maddələr və planktonla zəngin
olan su hövzəsi.
EVTROFİKASİYA (ev... yun. trophe – qida və fikasiya) –
antropogen və ya təbii faktorların təsirilə suda biogen elementlərin
toplanması nəticəsində su obyektlərinin (su hövzələrinin) bioloji
məhsuldarlığının artması. Antropogen E. çirkab sularının, həmçinin
kübrələnən tarlalardan axıdılan səth suların su hövzələrini biogen
maddələrlə zənginləşdirməsi nəticəsində baş verir, bu isə suyun
«çiçəklənməsi»”, çirklənməsi və onun keyfiyyətinin kəskin pisləşməsinə
səbəb olur.
Dostları ilə paylaş: |