ƏRAZİNİN MƏNİMSƏNİLMƏSİ – əvvəllər bilavastə istismar
olunmayan sahələrin təsərrüfat məqsədilə, yol tikilməsində, yaşayış
yerlərinin salınmasında istifadəsi. Ə.m.-nin əsas əlaməti, adətən,
əhalinin yerləşməsi sayılır.
ƏRAZİNİN SANİTARİYA MÜHAFİZƏSİ – ölkəyə karantin və
infeksiya xəstəliklərinin keçirilməsi və yayılmasının qarşısını almaq
üzrə tədbirlər kompleksi.
ƏRAZİNİ SUBASMA – təbii (bol yağmur, çayın daşıb aşması,
dənizin qabarması) və antropogen (müxtəlif hidrotexniki qurğuların
tikilməsi, suvarma sistemi, İES, süni nohur və s.) səbəblərdən ərazini
subasması.
ƏSAS İONLAR – təbii sularda kəmiyyətcə üstünlük təşkil edən
ionlar. Bura adətən xlorid, sulfat, hidro-karbonat, kalsium, maqnezium,
natrium, kalium ionları aiddir. Abiotik ekoloji amillər kimi mühüm rol
oynayır.
ƏSAS QİDA – heyvanların mədəsində üstünlük təşkil edən
(toplanan) qida.
Dostları ilə paylaş: |