-də). Bu düsturla təyin
156
edirlər. Heyvanların əhliləşdirilməsinə 10-15 min il bundan əvvəl
başlanılmışdır, Ə. cəmiyyətin məhsuldar qüvvələrinin inkişafında
mühüm mərhələ olmuş və nəticədə heyvandarlıq sahəsi yaranmışdır.
ƏKİN DÖVRİYYƏSİ – əkinçilik sisteminin mühüm hissəsi olub
tarlada kənd təsərrüfatı bitkilərinin (həmçinin herik şumunun) vaxtaşırı
dəyişdirilməsi. Üç cür Ə.d. ayrılır: tarla, yem və xüsusi. Tarla Ə.d.-də
əsas sahəni taxıl, kartof, texniki bitkilər (günəbaxan, çuğundur, pambıq
və s.) tutur. Yem Ə.d.-də özünəməxsus şərait və aqrotexnika tələb edən
bitkilər (tərəvəz, tütün, düyü və s.) becərilir. Su və külək eroziyasına
məruz qalmış rayonlarda torpaqqoruyucu Ə.d. tətbiq edilir. Kənd
təsərrüfatı bitkiləri və herik şumunun nisbətinə görə Ə.d. tipləri
aşağıdakı növlərə bölünür: taxıl-herik, taxıl-herik-cərgəarası becərilən,
taxıl-cərgəarası becərilən, taxıl-ot-cərgəaraları becərilən, ot-cərgəaraları
becərilən, sideral. Ə.d.-də bitkilərin vaxtaşırı dəyişdirilməsi bitkinin
rütubət və qida ilə təmin olunmasına şərait yaradır. Torpağın
münbitliyini artırmaqda çoxillik paxlalı bitkilər xüsusi rol oynayaraq
torpağın fiziki xassələrini yaxşılaşdırır. Çoxillik bitkilərin, taxılın
cərgəaraları becərilən bitkilərlə zolaqlarla becərilməsi eroziya
təhlükəsini azaldır.
Ə.d. alaq otları ilə, kənd təsərrüfatı bitkilərinin ziyanvericilərilə və
xəstəlik törədənlərlə mübarizədə mühüm vasitə hesab olunur.
ƏKİNÇİLİK – 1) kənd təsərrüfatının ərzaq və yem bitkiləri, texniki
bitkilər və s. becərilməsi ilə məşğul olan ən mühüm sahələrindən biri; 2)
aqronomiyanın kənd təsərrüfatı bitkilərinin becərilməsinin ümumi
üsullarını öyrənən və torpaqdan səmərəli istifadə etmək, yüksək və sabit
məhsul almaq üçün torpağın münbitliyini yüksəltmək üsullarını işləyib
hazırlayan bölməsi.
Dostları ilə paylaş: