ƏDVİYYAT BİTKİLƏRİ – orqanlarında ətirli və dadlı maddələr
olan bitkilər. Bu orqanlar qidaya kəskinlik, xüsusi dad və ətir vermək,
həmçinin iştahını artırmaq, mədənin fəaliyyətini yaxşılaşdırmaq üçün
ədviyyat kimi işlədilir. Azərbaycanda əsasən, ot formasında olan Ə.b.
bitir və becərilir; ən geniş yayılanı şüyüd, cəfəri, kərəviz, dağkeşnişi,
vəzəri, kəvər, reyhan, bədrənc, nanə, soğan, sarımsaq, zəfəran və s.-dir.
ƏHALİ – Yer kürəsində, yaxud konkret ərazi, qitə, ölkə, rayon,
şəhər və s.-də yaşayan adamların cəmi. Ə.-nin tədqiqi ilə demoqrafiya
elmi məşğul olur.
Dostları ilə paylaş: |